Biznesin təşkili və idarə edilməsi (Ali təhsilin idarə edilməsi üzrə)

Biznesin idarə edilməsi ixtisası (MBA)

İxtisaslaşmanın məqsədi:

Ali təhsilin idarə edilməsi ixtisaslaşması ali təhsil sistemləri və siyasətlərini araşdırmaq; müsbət sosial dəyişiklikləri asanlaşdırmaq; effektiv liderlik və idarəetmə bacarıqlarını və strategiyalarını öyrənmək və tətbiq etmək; sistemli və kompleks yanaşma əsasında təşkilati dəyişikliklərin ali təhsil müəssisələrinə, institusional effektivliyə, tələbələrin öyrədilməsinə, inkişafına və təşkilatın ümumi inkişafına necə təsir etdiyini öyrənmək; milli və beynəlxalq səviyyədə dinamik ali təhsil müəssisələrinin ehtiyaclarını qarşılamaq üçün müasir  idarəetmə bacarıqlarını inkişaf etdirməyə imkan verir.