Kompüter sistemlərində proqram təminatı

UNEC nəzdində Sosial-İqtisadi Kolleci üzrə

Kompüter elmləri  kompüter qurğularnda məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və  elektrik mühəndisliyindən fərqli olaraq, bu sahədə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki, proqramlaşdırma bu sahədəki başlca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradakı digər əsas sahələr sırasna kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındakı əlaqə, görüntü və əlaqə, əbədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna göra kompüter elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.