Bu ixtisas üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışlar ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər.
Tədris Planı
Ali təhsil səviyyəsi | Bakalavriatura | |
İxtisas qrupu | 6. Texniki və texnoloji ixtisasları qrupu | |
İxtisasın adı | İnformasiya texnologiyaları | |
İxtisasın kodu | 05061r | |
İxtisasın işarəsi | İTEX | |
Normativ təhsil müddəti | 4 il | |
Tədris dili və fakültəsi | azərbaycan | Rəqəmsal iqtisadiyyaat |
| rus | Rəqəmsal iqtisadiyyaat |
*