Təhsili
2001-ci ildə ABŞ-ın Corciya Ştatının Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA kurslarında təhsil almışdır.
Tədqiqatlar və nəşrlər
Əmək təcrübəsi
2005
Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oksford Universitetində “post doctoral research“ proqramı üzrə fəaliyyət göstərmişdir.
2009
Macarıstanda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Sent İstvan Universitetində (Gödolle şəhəri), Dünya İqtisadiyyatı institutunda (Budapeşt) “Azərbaycan İqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxumuşdur.
2014
Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinə rəhbərlik edir.
Əlavə məlumat
AR Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
2020-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
2018-ci ilin may ayından “Çex sosial elmlər, biznes ve iqtisadiyyat” (“Czech Journal of Social sciences, Business and Economics”) jurnalının və “Beynəlxalq İqtisadi xəbərlər” (“International Economics Letters”) jurnallarının redaksiya heyətinin üzvüdür.