Təhsili
1985-1995-ci illərdə Bakı şəhəri 258 saylı orta məktəbdə təhsil almışdır.
1996-2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və Yüngül sənaye mallarının bədii layihələndirilməsi” (Dizayn) ixtisası üzrə Bakalavr pilləsini, 2000-2002-ci ildə isə həmin ixtisas üzrə Magistraturanın əyani şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir.
Əmək təcrübəsi
2002-2014
Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında böyük laborant vəzifəsində çalışmış və hər il saathesabı yolla dərs aparmış.
2014
Dizayn kafedrasında müəllim vəzifəsində çalışıb.
2022
Baş müəllim vəzifəsində çalışır.
2021
UNEC Dizayn məktəbinin katibi vəzifəsini icra edir.
Əlavə məlumat
Hal-hazırda “Pambıq parçaların qısalmasına və mexaniki xassələrinə görə keyfiyyətinin kompleks qiymətləndirilməsi” dissertasiya mövzusu üzərində çalışır.