Ümumi məlumat
1966-cı il mayın 19-da Bakı şəhərində anadan olmuşdur.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
1986-1989-cu illərdə təhsilinmi N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialının Maliyyə-kredit fakültəsində davam etdirmişdir.
1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Ali məktəbi bitirdikdən sonra təhsilini məqsədli aspiranturada davam etdirərək, LMİİ-nin Bakı Filialının Elmi Şurasının qərarı ilə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna göndərilmişdir.
1989-1990-cu illərdə LMİİ-nin «Pul tədavülü və kredit» kafedrasının stajoru, 1990-1993-cu illərdə isə həmin kafedranın aspirantı olmuşdur.
1994-cü ildə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetinin 08.00.10 – «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1994-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) «Bank işi və pul tədavülü» (daha sonra «Bank işi») kafedrasında çalışır.
2000-2017-ci illərdə «Bank işi», “Maiyyə və maliyyə institutları” kafedralarının dosenti olub. Hazırda UNEC-in “Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Çoxsaylı metodiki, elmi-metodiki nəşrlərin, elmi məqalə və tezislərin müəllifidir. Kafedranın «Pul, kredit və banklar», «Pul və banklar», «Qiymətli kağızlar bazarı» kimi baza fənnləri üzrə dərsliklərin həmmüəlliflərindəndir.
Dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 27/09/2011 il tarixli № T-393
qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.
Evlidir. İki övladı var.
Təhsili
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
1986-1989-cu illərdə təhsilinmi N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialının Maliyyə-kredit fakültəsində davam etdirmişdir.
1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Tədqiqatlar və nəşrlər
Çoxsaylı metodiki, elmi-metodiki nəşrlərin, elmi məqalə və tezislərin müəllifidir. Kafedranın «Pul, kredit və banklar», «Pul və banklar», «Qiymətli kağızlar bazarı» kimi baza fənnləri üzrə dərsliklərin həmmüəlliflərindəndir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Əmək təcrübəsi
1989-1990
Ali məktəbi bitirdikdən sonra təhsilini məqsədli aspiranturada davam etdirərək, LMİİ-nin Bakı Filialının Elmi Şurasının qərarı ilə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna göndərilmişdir.
1994
LMİİ-nin «Pul tədavülü və kredit» kafedrasının stajoru, 1990-1993-cu illərdə isə həmin kafedranın aspirantı olmuşdur.
1994
Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetinin 08.00.10 – «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
2000-2017
Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) «Bank işi və pul tədavülü» (daha sonra «Bank işi») kafedrasında çalışır.
Əlavə məlumat
Dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.