Ümumi məlumat
02 yanvar 1967-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olmuşdur.
1990-cı ildə N.A.Voznesenski ad. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Sənayenin planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.
1990-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənaye müəssisələrinin və komplekslərin təşkili, iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində çalışmışdır.
1991-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun məqsədli aspiranturasında (istehsalatdan ayrılmaqla) təhsil almış, 1998-ci ilin martında «Azərbaycan sənayesində kiçik müəssisələrin formalaşması və inkişafı məsələləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant, 1998-2000-ci illərdə həmin kafedranın müəllimi vəzifəsində çalışmışdır. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-ci il 25 oktyabr tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir.
A.Mehtiyev 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sənayenin iqtisadiyyatı” kadedrasının dosenti vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək həmin Univerisitetin “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti vəzifəsində çalışır.
Ümumilikdə 265.0 ç.v. həcmində 120 (yüz iyirmi) elmi, metodik və elmi-praktik əsərin ( o cümlədən, 1 dərs vəsaiti, 5 monoqrafiya, 25 praktik vəsait və broşür, 13 tədris proqramı və 30-dan çox elmi məqalə və s.) müəllifidir.
ABŞ, Rusiya Federasiyası, Cənubi Koreya, Malayziya, Çin, Türkiyə və Ukraynanın müxtəlif universitetlərinin iqtisadiyyat fakultələrində təcrübə mübadiləsində olaraq onların tədris proqramları ilə yaxından tanış olmuşdur. Dünyanın 15-dən çox ölkəsində keçirilmiş 50-dək beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.
A.Mehtiyev 2017-2018-ci illərdə UNEC-in nəzdində fəaliyyət göstərən D.02.052 Dissertasiya Şurasının daimi fəaliyyət göstərən Elmi seminarının üzvü və “Sahə iqtisadiyyatı” bölməsinin rəhbəri olmuşdur. 2020-2022-ci illərdə FD 1.11 Dissertasiya Şurasının nəzdində 5304.01- “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə yaradılmış elmi seminarın üzvü olmuşdur.
A.Mehtiyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun 23 yanvar 2018-ci il tarixli 20/1/2019 saylı əmri ilə yaradılmış tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğun hazırlanması məqsədilə yaradılmış İşçi Qrupunun üzvü olmuşdur.
Təhsili
1990-cı ildə N.A.Voznesenski ad. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Sənayenin planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.
Tədqiqatlar və nəşrlər
Ümumilikdə 265.0 ç.v. həcmində 120 (yüz iyirmi) elmi, metodik və elmi-praktik əsərin ( o cümlədən, 1 dərs vəsaiti, 5 monoqrafiya, 25 praktik vəsait və broşür, 13 tədris proqramı və 30-dan çox elmi məqalə və s.) müəllifidir.
Beynəlxalq nüfüzlü elmi jurnallarda nəşr olunan məqalələr,
o cümlədən AAK - tövsiyə edilən dövri elmi nəşrlər:
- Mehtiyev A.S. Decentralised Governance and Societal Development in Azerbaijan. Governance and Dialogue: the Black Sea. İnstitute for Go-Governance, Vienna, Austria, 2013 (səh. 141-149) www.go-governance.com
- Mehtiyev A.S. Naftowe szczescie, ale nie dla wszystkich (Neft gəlirləri xalqa nə vəd edir) Nowe Panstwo № 2 (362), wiosna 2006 г. Varşava, Polşa Respublikası (www.nowe-panstwo.pl )
- Mehtiyev A.S. Dövlət innovasiya siyasətinin məzmunu və istiqamətləri. Bilgi” dərgisi. Sosial bilgilər seriyası, №3, 2002. 1.0 ç.v.
- Mehtiyev A.S. Böyük İpək Yolu – Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasında mühüm vasitədir. “Audit” jurnalı, №2, 2000-ci il. Səh. 67-72 (həmmüəllif)
- Mehtiyev A.S. Dünya təsərrüfatına inteqrasiya və rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi. “Elm və həyat” jurnalı, №1-2, 2000-ci il. (həmmüəllif)
- Mehtiyev A.S. Müasir dövrdə iqtisadi inkişafın «mühərriki» innovasiya fəaliyyətidir. “Elm və həyat” jurnalı, №3-4, 1999-cu il
- Mehtiyev A.S. Kiçik biznesin stimullaşdırılması. “Maliyyə və uçot” jurnalı, № 5-6, Bakı, 1993-cü il. 0.6 ç.v.
Tədris vəsaitləri
- Mehtiyev A.S. “Firmanın iqtisadiyyatı” fənninin tədris proqramı (UNEC Tədris-metodiki şurasının 29 mart 2019-cu il tarixli qərarı ilə çap olunub). Bakı, 2019. 1.75 ç.v.
- Mehtiyev A.S. “Neft-qaz sənayesinin iqtisadiyyatı və idarə edilməsi” fənninin tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2016-cı il tarixli 748 saylı əmri ilə təsdiq edilib. Bakı, 2017
- Mehtiyev A.S. “Sənayenin təşkili və idarə edilməsi” fənninin tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2016-cı il tarixli 748 saylı əmri ilə təsdiq edilib. Bakı, 2017
- Mehtiyev A.S. “Firmanın (müəssisənin) inkişaf strategiyası” kursunun tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.07.2014-cü il il tarixli 790 saylı əmri ilə təsdiq edilib. Bakı, 2014. 1,0 ç.v. (Həmmüəlliflər: Baxış Əhmədov və Lalə Həmidova)
- Mehtiyev A.S. Bələdiyyə büdcəsini necə təhlil etməli? Metodiki vəsait. Bakı, “Ekspert”, 2004. 150 səh. (həmmüəllif)
- Mehtiyev A.S. “Sənayedə sahibkarlıq fəaliyyətinin təşkili” fənninin proqramı. Tədris proqramı, Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2003. 0.8 ç.v. (həmmüəllif)
- Мехтиев А.С. Программа курса “Организация предпринимательской деятельности в промышленности”. Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2003. 0.7 ç.v.. (həmmüəllif)
- Mehtiyev A.S. “İnvestisiya və innovasiya siyasəti” fənninin proqramı. Tədris proqramı, Bakı, ADİU, 2003. 0.8 ç.v. (həmmüəllif)
- Мехтиев А.С. Программа курса “Государственное регулирование экономики предприятия”. Учебная программа, Баку, АзГЭУ, 2002 (həmmüəllif)
- Mehtiyev A.S. “Müəssisə iqtisadiyyatının dövlət tənzimlənməsi” kursunun proqramı. Tədris proqramı. Bakı. ADİU, 2001. 1.8 ç.v. (həmmüəllif)
- Mehtiyev A.S. "Sənaye istehsalının iqtisadiyyatı" kursunun proqramı. Tədris proqramı, ADİU, Bakı, 2000. 1.8 ç.v. (həmmüəllif)
- Мехтиев А.С. Программа дисциплины “Инвестиции и инновационная политика”. Учебная программа, АзГЭУ. Баку, 1999 (həmmüəllif)
- Mehtiyev A.S. “Müştərək müəssisələrin iqtisadiyyatı və təşkili” kursunun proqramı. AR Təhsil Nazirliyinin Təhsil problemləri üzrə Elmi-metodik Mərkəz, AzDİİ, Bakı-1999. 1.0 ç.v. (həmmüəllif)
Əmək təcrübəsi
1990-1991
Azərbaycan Dövlət İqtisad İnstitutu -“Sənaye müəssisələrinin və komplekslərinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” kafedrasının laborantı
1994-1998
Azərbaycan Dövlət İqtisad İnstitutu - “Sənayenin iqtisadiyyatı” kafedrasının baş laborantı
1998-2000
Azərbaycan Dövlət İqtisad İnstitutu - “Sənayenin iqtisadiyyatı” kafedrasının müəllimi
2000-2001
Azərbaycan Dövlət İqtisad Universiteti - “Sənayenin iqtisadiyyatı” kafedrasının müəllimi
2001-2004
Azərbaycan Dövlət İqtisad Universiteti - “Sənayenin iqtisadiyyatı” kafedrasının baş müəllimi
2004-2006
Azərbaycan Dövlət İqtisad Universiteti - “Sənayenin iqtisadiyyatı” kafedrasının dosenti
2006-2020
Azərbaycan Dövlət İqtisad Universiteti - “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti
2020-2022
Azərbaycan Dövlət İqtisad Universiteti - “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti
2022-
Azərbaycan Dövlət İqtisad Universiteti - “İqtisadiyyat” kafedrasının dosenti
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir