Ümumi məlumat
Təhsili
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb.
Bakalavr təhsili aldığı illərində ABŞ-ın Dyuk Universitetinin, Çexiyanın Çarlz Universitetinin təlimlərində iştirak edib.
2017-cü ildə Böyük Britaniyanın Nyukasl Universitetində “Beynəlxalq iqtisadiyyat və maliyyə” ixtisası üzrə magistr təhsili alıb.
Tədqiqatlar və nəşrlər
Beynəlxalq İqtisadiyyat kafedrasının dissertantı kimi beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı ilə bağlı elmi tədqiqat aparır. Yerli və xarici elmi jurnallarda 6 elmi məqaləsi nəşr edilib.
Əmək təcrübəsi
Hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir.
Əlavə məlumat
UNEC-in “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri olub.