Təhsili
1990-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş və 1995-ci ildə həmin Universiteti bitirərək Mühəndis texnoloq ixtisasını almışdır.
Tədqiqatlar və nəşrlər
36 elmi metodiki məqalənin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 3 metodiki göstərişin, 4 fənn proqramı və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. Nəşr edilmiş elmi əsərlər respublikanın AAK tərəfindən nüfuzlu hesab edilən elmi jurnallarda dərc olunmuşdur.
Əmək təcrübəsi
1999
Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında mühəndis, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır.
2014
“Çoxəsnəkli toxucu maşınlarının iki girişli parçaəmələgətirici mexanizminin layihələndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur. UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2014-2020
Texnologiya və Dizayn fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2020-2021
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanıdır.
Əlavə məlumat
Xarici ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxışları olmuşdur..