Təhsili
2004-cü ildə Binəqədi rayounu 299 saylı orta məktəbi bitirib.
2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformatika və İdarəetmə fakültəsində “İnformasıyanın işlədilməsi və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildə Qafqaz Universitetinin MBA proqramını fərqlənmə ilə bitirib. Rome Business School-da “Marketinq və kommunikasiya” ixtisası üzrə magistr təhsili alıb.
Tədqiqatlar və nəşrlər
Clarivate, Scopus, Ebsco indeksli jurnallarda çap olunmuş bir sıra elmi məqalələrin müəllifidir. 2019-cu ildən SCOPUS-a daxil olan İslam Marketinqi jurnalının rəyçisi qismində çıxış edir. Təhsildə keyfiyyətin artırılması, tələbələrin motivasiyasının ölçülməsi və yüksəldilməsi istiqamətində tədqiqat işləri aparır.
Əmək təcrübəsi
“Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müəllimidir.
Əlavə məlumat
Hazırda Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində “Təhsil və insan kapitalının inkişafı: Təhsil siyasəti və liderlik” üzrə magistratura təhsili alır.