Ümumi məlumat
1983-cü il aprel ayının 5-də Gəncə şəhərində anadan olmuşdur.
Bakalavr təhsilini 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində, magistr təhsilini isə 2003-2005-ci illərdə Türkiyənin “Sakarya Universiteti”ndə almışdır. 2006-2010-cu illər arasında, Türkiyədə Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alıb.
Doktoranturada oxuduğu müddətdə Sosial Elmlər İnstitutunda ictimai əsaslarla mütəxəssis tədqiqatçı vəzifəsində işləmişdi. 2010-cu ildə “Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modelli bir analizi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır (Diplom AAK tərəfindən təsdiqlənib). Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində müəllim kimi başlamış, daha sonra baş müəllim və kafedra müdiri müavini vəzifələrində çalışıb. 2014–2017 – ci illər “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsində işləmişdir.
2016 – cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilmişdir. 2016 – cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qalibi olmuşdur. Dünyanın nüfuzlu elmi jurnallarında (Web of science, SCOPUS indeksli) 10-a yaxın olmaqla, ümumilikdə 30-dan çox elmi məqaləsi nəşr olunmuşdur.
1999 – cu ildən etibarən dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Braziliya, Malayziya, Tailand, Avropa, Afrika, Post Sovet ölkələrində və. s) 60-dan çox beynəlxalq, otuza yaxın yerli müxtəlif mövzularda sertifikatlı seminarlarda, elmi konfranslarda, təhsil kurslarında, tələbə forumlarında, yaz universitetlərində iştirak etmişdir. Dünyanın bir çox nüfuzlu elmi konfranslarının və elmi jurnallarının elm və təşkilat komitələrinin üzvü və rəhbəri, bir sıra beynəlxalq və yerli layihələrin rəhbəri və koordinatorudur.
“Strateji idarəetmə”, “Mikro iqtisadiyyat”, “Tədqiqat metodları”, “Qlobal iqtisadiyyat” və “Biznesin əsasları” dərslərini tədris edir. Bir dərslik, üç dərs vəsaiti, bir monoqrafiyanın müəllifidir. 2016-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru və UNEC Elmi Şurasının üzvüdür.
Fariz Əhmədov 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
Təhsili
Bakalavr təhsilini 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində, magistr təhsilini isə 2003-2005-ci illərdə Türkiyənin “Sakarya Universiteti”ndə almışdır.
2006-2010-cu illər arasında, Türkiyədə Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alıb.
Tədqiqatlar və nəşrlər
Dünyanın nüfuzlu elmi jurnallarında (Web of science, SCOPUS indeksli) 10-a yaxın olmaqla, ümumilikdə 30-dan çox elmi məqaləsi nəşr olunmuşdur.
“Strateji idarəetmə”, “Mikro iqtisadiyyat”, “Tədqiqat metodları”, “Qlobal iqtisadiyyat” və “Biznesin əsasları” dərslərini tədris edir. Bir dərslik, üç dərs vəsaiti, bir monoqrafiyanın müəllifidir.
Əmək təcrübəsi
2010
Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası İşlətmə” fakültəsində müəllim kimi başlamış, daha sonra baş müəllim və kafedra müdiri müavini vəzifələrində çalışıb.
2014-2017
2014–2017 – ci illər “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsində işləmişdir.
Əlavə məlumat
1999 – cu ildən etibarən dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Braziliya, Malayziya, Tailand, Avropa, Afrika, Post Sovet ölkələrində və. s) 60-dan çox beynəlxalq, otuza yaxın yerli müxtəlif mövzularda sertifikatlı seminarlarda, elmi konfranslarda, təhsil kurslarında, tələbə forumlarında, yaz universitetlərində iştirak etmişdir. Dünyanın bir çox nüfuzlu elmi konfranslarının və elmi jurnallarının elm və təşkilat komitələrinin üzvü və rəhbəri, bir sıra beynəlxalq və yerli layihələrin rəhbəri və koordinatorudur.