Ümumi məlumat
Füzuli rayonununda anadan olub.
1974-1976-cı illərdə keçmiş Almaniya Demokratik Respublikasındakı sovet hərbi kontingentinin tərkibində xidmət edib.
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1982-ci ildə Ali təhsilli mütəxəssis kimi Fuzuli rayonu “Araz” sovxozunda mühasib işləyib. 1983-1985-ci illərdə isə rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1985-1988-ci illərdə istehsalatdan ayrılmaqla universitetin aspiranturasında əyani təhsil alıb. 1988-ci ildə dissertasiya işini M.B.Lomonosov adına Moskva Dövlət Universitetində “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” doktorluq işi üzrə ixtisaslaşmış müdafiə şurasında müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1988-ci ildə “Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasınının nəzdində laboratoriya müdiri, 1989-cu ildə isə həmin kafedranın müəllimi, baş müəllimi vəzifələrində işləyib, 1996-cı ildə müsabiqə yolu ilə dosent seçilib.
2001-2005-ci illərdə Uçot-iqtisad fakültəsinin əyani şöbəsində tədris işləri üzrə dekan müavini vəzifəsində işləyib. 2001-ci ildə həmin fakultədə dekan vəzifəsini icra edib.
2000-2003-cü ildə İqtisad Universitetinin Uçot-iqtisad fakultəsində həmkarlar təşkilatının sədri işləyib.
2010-cu ildə “Mühasibat uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi elm adına layiq görülmüşdür və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının iqtisad elmləri doktoru, professorudur.
160-dən çox elmi-metodiki əsərin (3 monoqrafiya, 2 dərslik, 4 dərs vəsaiti, 18 metodik göstəriş, 20 tədris proqramı) müəllifidir. Xarici ölkələrdə 15 elmi məqaləsi nəşr olunub. 10-dən çox beynəlxalq konfransın materiallarında elm məqalələri çap edilib.
Respublikanın iqtisadi həyatı ilə bağlı 25 –dən çox elmi məqalələri nəşr olunmuşdur.
*
Professor F.Hacıyev 2017-ci ildə “Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nəaliyyətlər əldə etdiyinə görə” və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.
130-dən çox elmi-metodiki əsərin (3 monoqrafiya, 3 dərs vəsaiti, 12 metodik göstəriş, 14 tədris proqramı) müəllifidir. Xarici ölkələrdə 10 elmi məqaləsi nəşr olunub. 5-dən çox beynəlxalq konfransın materiallarında elm məqalələri çap edilib.
Dövri mətbuatda respublikamızın iqtisadi həyatı ilə bağlı 20-dən çox elmi məqaləsi çap olunub.
UNEC-in professoru beynəlxalq konfransda “Azərbaycanın aqrar sektorunda məşğulluğun inkişaf perspektivləri” mövzusunda çıxış edib.
Təhsili
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Tədqiqatlar və nəşrlər
160-dən çox elmi-metodiki əsərin (3 monoqrafiya, 2 dərslik, 4 dərs vəsaiti, 18 metodik göstəriş, 20 tədris proqramı) müəllifidir. Xarici ölkələrdə 15 elmi məqaləsi nəşr olunub. 10-dən çox beynəlxalq konfransın materiallarında elm məqalələri çap edilib.
Respublikanın iqtisadi həyatı ilə bağlı 25 –dən çox elmi məqalələri nəşr olunmuşdur.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Əmək təcrübəsi
1982
Ali təhsilli mütəxəssis kimi Fuzuli rayonu “Araz” sovxozunda mühasib işləyib.
1983-1985
Rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1985-1988
İstehsalatdan ayrılmaqla universitetin aspiranturasında əyani təhsil alıb.
1988
“Təsərrüfat fəaliyyətinin təhlili” kafedrasınının nəzdində laboratoriya müdiri, 1989-cu ildə isə həmin kafedranın müəllimi, baş müəllimi vəzifələrində işləyib, 1996-cı ildə müsabiqə yolu ilə dosent seçilib.
2001-2005
Uçot-iqtisad fakültəsinin əyani şöbəsində tədris işləri üzrə dekan müavini vəzifəsində işləyib.
2001-ci ildə həmin fakultədə dekan vəzifəsini icra edib.
2000-2003
İqtisad Universitetinin Uçot-iqtisad fakultəsində həmkarlar təşkilatının sədri işləyib.
Əlavə məlumat
UNEC-in professoru beynəlxalq konfransda “Azərbaycanın aqrar sektorunda məşğulluğun inkişaf perspektivləri” mövzusunda çıxış edib.