Ümumi məlumat
1976-cü il avqustun 31-də Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» ixtisasını bakalavr pilləsi üzrə;
1999-ci ildə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Magistraturanı başa vurduqdan sonra «Bank işi və pul tədavülü» kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir.
2002-ci ildə həmin kafedranın müəlimi vəzifəsinə keçirilmişdir.
9 dekabr 2000-ci il – ADİU-nun «İqtisadiyyatın tənzimlənməsi» fakültəsinin Elmi Şurasının qərarı ilə «Qiymətlə vergilərin qarşılıqlı əlaqələrinin tənzimlənməsi problemləri» mövzusunda Elmi-tədqiqat işini aparmaq üçün dissertant təsdiq olunmuşdur.
Qeyd olunan mövzuda dissertasiya işini başa çatdırmış və «İqtisadiyyatın tənzimlənməsi», «Qiymət», «Vergi və vergiqoyma» kafedralarının birgə iclasında müzakirə edilmişdir.
2008-ci ildə Universitetin Elmi-seminarının müzakirəsindən keçmişdir. Dissertasiya mövzusu üzrə 25 elmi məqalənin müəllifidir.
26 oktyabr 2011-cı ildə Universitetin Dissertasiya şurasında müdafiə etmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru adı verilmişdir.
2013-cü ilin fevralında müsabiqə yolu ilə «Bank işi» kafedrasında baş müəllim seçilib.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi olub.
2017-ci ildən “Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
47 yaxın elmi məqalənin müəllifi və həmmüəllifidir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən təşkil olunmuş “ Vergi qanunvericiliyinin tədbiqi” 2017, “Sığorta və sığorta mədəniyyəti ” mövzusunda keçirilmiş MASTER KLASS-da, İstanbul Universiteti tərəfindən təşkil edilmiş “ Finansal Risk yönetimi” 2021, “Sabit gəlirli qiymətli kağızlar”, 2022, “ Soft Skils ”2022 və sair təlimlərdə iştirak edib, sertifikatlar əldə etmişdir.
Tədris etdiyi fənlər : Pul və Banklar , Bank işi, Maliyyə Bazarları, Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi, Menecment, Bilik iqtisadiyyatı, Biznesin əsasları, Sosial sahibkarlıq, Korporativ idarə edilmə.
Bir övladı var.
Təhsili
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» ixtisasını bakalavr pilləsi üzrə;
1999-ci ildə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək təcrübəsi
2002
Magistraturanı başa vurduqdan sonra «Bank işi və pul tədavülü» kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir.
2013
Kafedranın müəlimi vəzifəsinə keçirilmişdir.
2017
2013-cü ilin fevralında müsabiqə yolu ilə «Bank işi» kafedrasında baş müəllim seçilib.
2017
Müsabiqə yolu ilə «Bank işi» kafedrasında baş müəllim seçilib.
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir