Təhsili
1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hazırda Universitet) “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
Tədqiqatlar və nəşrlər
İqtisadiyyatın müxtəlif aktual problemlərinə, o cümlədən mühasibat uçotu, audit və iqtisadi təhlilə həsr edilmiş 33,13 ç.v. həcmində 77 elmi və tədris-metodiki əsəri dərc edilmişdir.
Əmək təcrübəsi
1998
İnstitutu bitirdikdən sonra “Mühasibat uçotu və audit” kafedrasında laborant vəzifəsində saxlanılmış və 1998-ci ilin sentyabr ayında böyük laborant vəzifəsinə keçirilmişdir.
2002
Həmin kafedrada müəllim.
2008
Baş müəllim vəzifəsində çalışır.
2021
“Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifəsində çalışıb.
2021
Maliyyə və mühasibat fakültəsinin dekanı təyin olunub.
Əlavə məlumat
2006-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Auditorlar İnstitutunun üzvüdür.