Ümumi məlumat
1 may 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının, Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.
Dəstə kənd orta məktəbində 1955 - 1966-cı illərdə orta təhsil alımışdır. 1966-cı ildə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1971-ci ildə Maliyyə-kredit ixtisasını bitirmiş və ona İqtisadçı ixtisası verilmişdir.
1971-ci ildə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrasında əyani aspiranturaya daxil olmuşdur. Aspiranturada bir il oxuduqdan sonra, 1972-ci ilin may ayından 1973-cü ilin may ayının sonunadək ordu sıralarında xidmət etmişdir.
Ordudan tərxis olunduqdan sonra, təhsilini davam etdirmiş, 1975-ci ildə aspiranturanı müvəfəqqiyyətlə bitirərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna göndərilmişdir.
1985-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi şurasında namizədlik dissertasiyası müdafiə edərək, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, bir müddət sonra Azərbaycan Respubklikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Dosent” elmi adı verilmişdir. Fəaliyyəti müddətində Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi şurasının üzvü olmuşdur.
2001-ci ildən 2014-cü ilədək Maliyyə-kredit fakültəsində dekan müavini olmuş, 2014-cü ildən hazırkı dövrədək UNEC Qiyabi və əlavə təhsil mərkəzində direktor müavini vəzifəsində fəaliyyət göstərir.
Bununla yanaşı iqtisadçı alim, kamil pedaqoq Həbib Vəliyev əlli ilə yaxındır elmi-pedaqoji sahədə, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent kimi yorulmadan çalışmışdır.
Onun, iqtisadiyyatın aktual problemlərinə dair əllidən çox elmi əsəri və məqalələri çap olunmuşdur. Eyni zamanda “İqtisadi nəzəriyyə” və “İqtisadi təlimlər tarixi” kimi böyük həcmli dərsliklərin həmmüəlliflərindən biri olmuşdur. Müasir şəraitdə “Mikroiqtisadiyyat” fənnindən mühazirə oxunmasının bəzi xüsusiyyətləri, mikroiqtisadiyyatdan məşğələ dərslərinin aparılması ilə bağlı metodiki vəsaitlərin müəllifidir.
Həbib Vəliyev 2000-2020-ci illər ərzində ADİU-nun sənəd qəbulu komissiyasının məsul katibi vəzifəsində qüsursuz çalışmışdır.
Dövlət tərəfindən onun elmi-pedaqoji fəaliyyəti qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafındakı Xidmətlərinə görə “Tərəqqi medalı”na layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda Təhsilin İnkişafındakı Xidmətlərinə görə 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
Vəliyev Həbib Məmməd oğlu iki övlad atası, altı nəvənin babasıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təhsili
Dəstə kənd orta məktəbində 1955 - 1966-cı illərdə orta təhsil alımışdır. 1966-cı ildə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1971-ci ildə Maliyyə-kredit ixtisasını bitirmiş və ona İqtisadçı ixtisası verilmişdir.
1971-ci ildə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrasında əyani aspiranturaya daxil olmuşdur.
1975-ci ildə aspiranturanı müvəfəqqiyyətlə bitirərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna göndərilmişdir.
Tədqiqatlar və nəşrlər
İqtisadiyyatın aktual problemlərinə dair əllidən çox elmi əsəri və məqalələri çap olunmuşdur. Eyni zamanda “İqtisadi nəzəriyyə” və “İqtisadi təlimlər tarixi” kimi böyük həcmli dərsliklərin həmmüəlliflərindən biri olmuşdur. Müasir şəraitdə “Mikroiqtisadiyyat” fənnindən mühazirə oxunmasının bəzi xüsusiyyətləri, mikroiqtisadiyyatdan məşğələ dərslərinin aparılması ilə bağlı metodiki vəsaitlərin müəllifidir.
Əmək təcrübəsi
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir