Təhsili
1980-ci ildə orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Politexnik İnstitutuna (hazırda Azərbaycan Texniki Universiteti) qəbul olunmuşdur. Ali məktəbdə əla təhsilə və fəal ictimai fəaliyyətinə görə Ç.İldırım adına xüsusi təqaüdə layiq görülmüşdür. 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi, 2016-cı ildə dosent elmi adı almışdır.
Tədqiqatlar və nəşrlər
100 dən çox elmi və tədris-metodiki işlərin, o cümlədən 1 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 3 metodiki göstərişin və 25 fənn proqramının müəllifidir. Dəfələrlə Beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Müəllif olduğu dörd məqalə SCOPUS, üç məqalə Clarivate Analytics (Thomson Reuters), bir məqalə isə EBSCO Academic Search Complete platformalarına daxil olan jurnallarda nəşr edilmişdir.
Əmək təcrübəsi
1985-2001
“Ulduz” Elm İstehsalat Birliyin müxtəlif vəzifələrdə, o cümlədən sazlayıcı, usta, sex rəisinin müavini, nəzarət-ölçü cihazları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2001-
Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləmiş, hal-hazırda dosent vəzifəsində çalışır.
Əlavə məlumat
“Mövlanə Mübadilə Proqramı”nın iştirakçısı kimi 2013-cü ildə Türkiyənin Gazi Universitetinə ezam olunmuşdur, bakalavr və magistr təhsil pillələrinin dərs proseslərində iştirak etmiş, mühazirələr oxumuşdur.