Təhsili
1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını “Mühasibat uçotu” ixtisası üzrə bitirib.
Əmək təcrübəsi
1998-2016
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil” kafedrasında böyük laborant vəzifəsində çalışıb.
2004-2014
Fəaliyyət göstərdiyi illər ərzində “İqtisadi təhlil nəzəriyyəsi”, “İqtisadi təhlil” və “İdarəetmə təhlili” fənləri üzrə saat hesabı qaydada (hər il dərs yükünün 250 saatdan az olmamaq şərtilə) dərs aparıb.
2017
Rus İqtisad Məktəbinin nəzdində “İqtisadiyyat” kafedrasında 0,5 şt böyük laborant vəzifəsində çalışıb.
2018
“Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasında tam ştat müəllim vəzifəsində çalışıb.
2022
Kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
Əlavə məlumat
2011-ci ildə “Пути совершенствования учета затрат и анализ себестоимости СМР” mövzusunda “Mühasibat uçotu və statistika” ixtisası üzrə dissertasiyasını müdafiə edib və 2013-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomunu alıb.