Təhsili
1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinin Rəsm, rəsmxətt və əmək müəllimi ixtisasına qəbul olunub.
1994-cü ildə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmin ixtisasını bitirmişdir.
Əmək təcrübəsi
1994-1999-cü illərdə H.Aslanov adına 175 saylı orta məktəbdə Təsviri sənət fənni üzrə müəllim, 1999-2000-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Dizayn” kafedrasında baş müəllim, 2000-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2014-cü ilin noyabr ayının 24-dən 2020-ci ilədək həmin kafedrada müdir əvəzi vəzifəsində çalışıb.
2020-ci ilin noyabrından UNEC Dizayn məkttəbinin direktorudur.
Əlavə məlumat
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.