Ümumi məlumat
11 aprel 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib ikinci ixtisas almışdir.
2000-ci ildən “Marketinq” kafedrasında müəllim, 2003-cü ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində çalışıb.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktorudur.
2017-ci ilə kimi UNEC-in “Marketinq” kafedrasının dosenti olub.
2017-ci ildən Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasında dosent vəzifəsində çalışır.
100 elmi-metodiki əsərin, o cümlədən “Sənaye marketinqi” və “Xidmət sahələrinin marketinq” dərs vəsaitlərinin müəllifidir. 4 məqaləsi SCOPUS bazasında, 2 məqaləsi Web of Science bazasında indeksləşən jurnallarda nəşr olunmuşdur.
2015-ci ildə “Mövlanə” mübadilə proqramı ilə Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetində təcrübə keçmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.
2017-ci ildə Erasmus+ proqramı ilə Türkiyə Respublikasının Anadolu Universitetində (Eskişehir) mübadilə proqramında iştirak etmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.
2018-ci ildə Macarıstanın Dunauyvaroş Universitetində, 2020-ci ildə Rumıniyanın Transilvaniya Universitetində Erasmus+ proqramı ilə mübadilə proqramında iştirak etmişdir.
Rusiyada, Makedoniyada, Macarıstanda keçirilən Beynəlxalq Konfranslarda məruzələrlə çıxış etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur.
Türkiyə Universitetlərinin müəllimlərinin trennqlərində iştirak etmiş, müvəffəqiyyətlə imtahanları vermiş və Reklam işi, Rəqəmsal marketinq, Sosial media marketinqi fənnlərindən sertifikatlar əldə etmişdir.
*
Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində: “Marketinq”, “Marketinq tədqiqatları”, Marketinq kommunikasiya sistemləri, “Rəqəmsal marketinq” fənnləri.
Sabah Qruplarında “Marketinq” fənni
UNEC Biznes Məktəbində: “Turizm və qonaqpərvərlik marketinqi” fənnlərini tədris edir.
Təhsili
1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib ikinci ixtisas almışdir.
Tədqiqatlar və nəşrlər
100 elmi-metodiki əsərin, o cümlədən “Sənaye marketinqi” və “Xidmət sahələrinin marketinq” dərs vəsaitlərinin müəllifidir. 4 məqaləsi SCOPUS bazasında, 2 məqaləsi Web of Science bazasında indeksləşən jurnallarda nəşr olunmuşdur.
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.“Marketinq tədqiqatları” (bakalavr ) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.İ.M.Xeyirxəbərov)
2.“Beynəlxalq marketinq” (bakalavr) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.E.N.Quliyev, i.f.d. X.S.Kərimli)
3.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı, (dos.T.İ.İmanov, dos. M.M.Əhmədov)
4.“Tətbiqi marketinq tədqiqatları” (magistr hazırlığı), «İqtisad Universiteti» nəşriyyatı, (dos. İ.M.Xeyirxəbərov)
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Əmək təcrübəsi
2000-2014
“Marketinq” kafedrasında müəllim, 2003-cü ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində çalışıb.
2017
Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasında dosent vəzifəsində çalışır.
2015
“Mövlanə” mübadilə proqramı ilə Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetində təcrübə keçmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.
2017
Erasmus+ proqramı ilə Türkiyə Respublikasının Anadolu Universitetində (Eskişehir) mübadilə proqramında iştirak etmiş, bakalavr və magistr səviyyəsində dərslər aparmışdır.
Əlavə məlumat
Rusiyada, Makedoniyada, Macarıstanda keçirilən Beynəlxalq Konfranslarda məruzələrlə çıxış etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur.