Təhsili
1991-1996-cı illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Tədqiqatlar və nəşrlər
50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və dərs proqramının müəllifidir. 9 elmi məqaləsi beynəlxalq jurnallarda çap edilmişdir.
Elmi əsərlərin siyahısı
Əmək təcrübəsi
1993-1996
İnstitutun Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.
1996-2000
İnstitutun “Kommersiya və reklam işi” kafedrasında assistent işləmişdir.
2000
Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi” kafedrasında baş müəllim işləmişdir.
2004
“Marketinq” kafedrasında calışmışdır.
2007
Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2010
Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosentidir.
2004-2014
“Texnologiya və dizayn” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2014
Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı olub.
Hazırda Biznes və menecment fakültəsinin dekanıdır.
Əlavə məlumat
2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.