Təhsili
1981-ci ildə D.Buniyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsinə daxil olub, 1985-ci ildə institutu əla qiymətlərlə bitirib.
Tədqiqatlar və nəşrlər
3 monoqrafiya, 1 dərs vəsaiti “İnnovasiya menecmenti” və 100-ə yaxın məqalə müəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Əmək təcrübəsi
1985-1986
Təyinatla Bakı şəhəri İcra Hakimiyyəti Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləyib.
1986-1990
Xətai rayon Maliyyə şöbəsində baş iqtisadçı, 1990-2000-ci illərdə Xətai rayon Vergi Müfəttişliyində müfəttiş, böyük müfəttiş işləyib, ikinci dərəcəli vergi müfəttişidir.
2000-2005
2000-2005-ci illər ərzində “Akkerauma Offşor” Finlandiyanın Bakıdakı nümayəndəliyində vergi məsləhətçisi kimi çalışıb.
2006
Pedaqoji fəaliyyətə başlayib: Təfəkkür Universitetində və Turizm İnstitutunda müəllim vəzifəsində işləyib.
2010
Namizədlik dissertasiya işini müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur. Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasında baş müəllim vəzifəsində işləyib.
2017
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir