Ümumi məlumat
27 mart 1977-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1999 –cü ildə bakalavr, 2006-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və 2014-cü ildə “Valyuta tənzimlənməsinin makroiqtisadi sabitliyin təmin olunmasında rolu” mövzusunda dissertasiya işini müdafiyə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin elmlər doktoru proqramı çərçivəsində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə doktorantıdır.
N.P.Aşurbəyli-Hüseynova 1 sentyabr 2013-cü ildən başlayaraq ADİU-nin“ “Bank işi” kafedrasında saat hesabı, 2015ci ildən- tam ştat müəllim, 2016- “Maliyyə və maliyyə institutları” kafedrasında, 2018-ci ildən Rus İqtisad Məktəbində baş müəllim vəzifəsində çalışıb. 2022-ci ildən bu günüdək kafedranın adının dəyişməsi ilə əlaqədar “Tədbiqi iqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.
N.P.Aşurbəyli-Hüseynova dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.
2021-ci ildən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “ Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə imtahan komissiyasının üzvüdür.
Elmi-pedaqoji və xidməti fəaliyyət illərində universitetin elmi, tədris və ictimai tədbirlərində fəal iştirak etmişdir. Göstərdiyi fəaliyyətə görə rəhbərlik tərəfindən uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq, “Müəllimlər günü” münasibəti ilə 05.10.2018ci il tarixli 899/3/2018 saylı Əmrə əsasən ona təşəkkür bildirilmişdir.
“Azəravtoyol” ASC (Avtomobil yollarının saxlanması və inkişafına yonəldilən investisiyaların idarə edilməsi, 2017) və “XALQ BANK” (Kredit portfelinin diversifikasıyasının muasir istiqamətləri,2018) tərəfindən təqdim olunmuş Elmi-tədqiqat Layihələrində iştirak etmişdir.
Paris-Sorbonnne University Abu Dhabi tərəfindən təşkil olunmuş “İnteractive Education in University Sistems”2016, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən təşkil olunmuş “ Vergi qanunvericiliyinin tədbiqi” 2017, PASHA Life ACADEMY ,“Pasha Həyat Sığorta ” ASC tərəfindən təşkil olunmuş “Sığorta və sığorta mədəniyyəti ” mövzusunda keçirilmiş MASTER KLASS-da, UNEC & CLARIVATE ANALYTICS “Web of Science” bazasından istifadə’ qaydaları üzrə SEMİNAR-TRENİNGdə 2017, İstanbul Universiteti tərəfindən təşkil edilmiş “ Finansal Risk yönetimi” 2021, “Sabit gəlirli qiymətli kağızlar”, 2022, “ Soft Skils ”2022 və sair təlimlərdə iştirak edib, sertifikatlar əldə etmişdir.
Tədris etdiyi fənlər: Pul və Banklar, Bank işi, Maliyyə Bazarları, Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi, Tədiyə balansı, Maliyyə risklərinin idarəedilməsi
Ailəlidir. İki evladı var.
Təhsili
1999 –cü ildə bakalavr, 2006-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tədqiqatlar və nəşrlər
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
48 elmi və tədris-metodiki vəsaitin müəllifidir. Onlardan 20-si xaricdə çap olunub. O cümlədən 4dü Web of Science, biri Scopus – Q2 bazasında indeksləşib. Həmçinin 1 dərslik, 6 proqram ( rus və azərbaycan dillərində ) və 1 metodik göstərişin həmmüəllifidir.
Əmək təcrübəsi
2013
ADİU-nin“ “Bank işi” kafedrasında saat hesabı işləyib
2015
Tam ştat müəllim çalışıb.
2016
“Maliyyə və maliyyə institutları” kafedrasında işləyib.
2018
Rus İqtisad Məktəbində baş müəllim vəzifəsində çalışıb.
2022
Kafedranın adının dəyişməsi ilə əlaqədar “Tədbiqi iqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir