Ümumi məlumat
16 may 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 1963-1965-ci illərdə ordu sıralarında qulluq edib. 1965-1968-ci illərdə Sverdlovsk şəhərində Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, 1969-cu ildə “Beynəlxalq hüquq” üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1968-1971-ci illərdə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun “Beynəlxalq hüquq” şöbəsində kiçik elmi işçi, 1971-1974-cü illərdə P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin «Beynəlxalq hüquq» kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
1974-1977-ci illərdə SSRİ-nin Hindistandakı səfirliyində diplomatik korpusda çalışıb və eyni zamanda “Sovet icmalı” ictimai-siyasi jurnalın baş redaktoru vəzifəsində çalışıb.
1977-1990-cı illərdə Moskva Maliyyə İnstitutunun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında dosent, 1990-1991-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin «Hüquq» şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1991-1997-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Təsərrüfat hüququ», “Politologiya və hüquq” kafedralarıının müdiri vəzifəsində çalışmışdır. Daha sonra “İqtisadiyyatın dövlət tənzimlənməsi” ,“Hüquq” və “İqtisadi hüquq” kafedralarında dosent vəzifələrində işləmişdir.
9 sentyabr 2009-cu ildə Azərbayсan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslaşmış müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi adını almışdır. 2014-cü ildə isə professor adını almışdır. .
2019-cu ilin noyabrında, tanınmış arxitektor Zivərbəy Əhmədbəyovun (1918-2018) nəvəsi olaraq prezident yubiley medalı ilə təltif olunmuşdur.
90-a yaxın elmi əsərin, o cümlədən elmi məqalə, monoqrafiya, lüğətlərin, məsələn "З00 терминов для начинающего бизнесмена" (Баку, 1992), həmçinin "Военные преступления: от Нюрнберга до Карабаха /международно-правовой анализ/" (Москва. 2000), "Вооруженные конфликты и военные преступления на Центральном Кавказе: международно-правовой аспект" (Баку. 2006),"Международно-правовое регулирование экономического сотрудничества государств в транспортной сфере" (Москва. 2011); в соавторстве "Внешнеэкономическая деятельность современного Азербайджана" (Баку. 2007), " Современное международное транспортное право" (Германия. Lambert. 2015), "Международное транспортное право и его институты" (Баку. 2016), "Международного публичного права права" II hissə, dərslik, 2018. və s. əsərlərin müəllifidir.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professor-məsləhətçisidir.
Ailəlidir, iki övladı var.
Təhsili
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 1963-1965-ci illərdə ordu sıralarında qulluq edib. 1965-1968-ci illərdə Sverdlovsk şəhərində Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, 1969-cu ildə “Beynəlxalq hüquq” üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Tədqiqatlar və nəşrlər
90-a yaxın elmi əsərin, o cümlədən elmi məqalə, monoqrafiya, lüğətlərin, məsələn "З00 терминов для начинающего бизнесмена" (Баку, 1992), həmçinin "Военные преступления: от Нюрнберга до Карабаха /международно-правовой анализ/" (Москва. 2000), "Вооруженные конфликты и военные преступления на Центральном Кавказе: международно-правовой аспект" (Баку. 2006),"Международно-правовое регулирование экономического сотрудничества государств в транспортной сфере" (Москва. 2011); в соавторстве "Внешнеэкономическая деятельность современного Азербайджана" (Баку. 2007), " Современное международное транспортное право" (Германия. Lambert. 2015), "Международное транспортное право и его институты" (Баку. 2016), "Международного публичного права права" II hissə, dərslik, 2018. və s. əsərlərin müəllifidir.
Əmək təcrübəsi
1968-1971
SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun “Beynəlxalq hüquq” şöbəsində - kiçik elmi işçi
1971-1974
P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin «Beynəlxalq hüquq» kafedrasında - baş müəllim
1974-1977
SSRİ-nin Hindistandakı səfirliyində diplomatik korpusda çalışıb və eyni zamanda “Sovet icmalı” ictimai-siyasi jurnalın - baş redaktoru
1977-1990
Moskva Maliyyə İnstitutunun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında - dosent
1990-1991
Azərbaycan Respublikasının Ali Sovetinin «Hüquq» şöbəsində - aparıcı mütəxəssis
1991-1997
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Təsərrüfat hüququ», “Politologiya və hüquq” kafedralarıının - müdiri, daha sonra “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Hüquq” və “İqtisadi hüquq” kafedralarında - dosent
2023
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professor-məsləhətçisi
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir