Ümumi məlumat
1952-ci ildə Bakı şəhərində anadan olub.
1969-cu ildə Bakı şəhəri 44 saylı orta məktəbi bitirib.
1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirərək və «İqtisadçı-siyası iqtisad müəllimi» ixtisasını alıb.
Həmin ali məktəbdə baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1974-cü il noyabr – 1975-ci il noyabr dövründə hərbi xidmətdə olub.
Təhsil aldığı və işlədiyi müddətdə – İnstitut Tələbə Elmi Cəmiyyətinin sədri, institut komsomol komitəsinin üzvü, fakültə partiya bürosunun üzvü olub. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekan müavini vəzifəsində işləyib.
1973-75-ci illərdə yerli Xalq Deputatları Sovetinin deputatı olub. Dəfələrlə mükafatlara layiq görülüb. 2 dəfə SSRİ XTNS-nın medalları, ÜİLKGİ MK-nin fəxrı fərmanı və başqa mükafatlar alıb.
1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində sınaq-müsabiqəsini keçərək ABŞ-da Vaşinqton İqtisadi İnkişaf İnstitutunda oxumağa göndərilib. «Bazar iqtisadiyyatının əsasları» kursunu bitirib və Ümumdünya Bankının sertifıkatını alıb.
1990-cı ildə iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” kafedrasının dosentidir.
Ailəlidir, üç övladı var.
Təhsili
1969-cu ildə Bakı şəhəri 44 saylı orta məktəbi bitirib.
1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirərək və «İqtisadçı-siyası iqtisad müəllimi» ixtisasını alıb.
Tədqiqatlar və nəşrlər
Monoqrafiya və toplu əsərlərdə məqalələri
- İstehsal xərcləri və mənfəətin artırılması yolları. Bakı, 1994. 2 ç.v.
- Bir daha özəlləşdirmə haqqında. «Günay» qəzeti, 12 iyun 1997. 1,0 ç.v.
Tədris vəsaitləri
1. Rol A.Samiyelson, Vilyams D.Nordhausun «Ekonomiks» dərsliyini əsas iqtisadi anlayışLarının azərbaycan-ingilis dilində izahlı lüğəti. Bakı -2001. 11 ç.v.
2. İstehsal xərcləri və mənfəət.“Ümumi iqtisadi nəzəriyyə”.Dərslik, Bakı,1995.2 ç.v.
18. İstehsal xərcləri və mənfəət. «İqtisadi nəzəriyyə», dərslik. Bakı, 2001. 2 ç.v.
3. Makroiqtisadi tarazlıq «məcmu tələb və məcmu təklif».«İqtisadi nəzəriyyə», dərslik. Bakı, 2001. 2 ç.v.
4. Nisbi üstünlüklər nəzəriyyəsi və onun müasir şərhini (tərcümə). İqtisadi nəzəriyyə makroiqtisadiyyat - 1,2 Bakı – 2009. 1,0 ç.v.
5. Firmanın rəqabət davranışı: istehsal xərcləri (tərcümə). İqtisadi nəzəriyyə makroiqtisadiyyat-1,2 BAKI-2010. 2 ç.v.
6. İstehsal davranışı nəzəriyyəsi (tərcümə). İqtisadi nəzəriyyə makroiqtisadiyyat-1,2 BAKI – 2010. 2,0 ç.v.
7. İstehsal xərcləri (tərcümə). İqtisadi nəzəriyyə kursu, Bakı-2012. 0,5 ç.v.
8. Makroiqtisadi siyasət modelinin seçilməsi (tərcümə). İqtisadi nəzəriyyə kursu, Bakı-2012. 1,0 ç.v.
9. Milli hesablar (tərcümə). İqtisadi nəzəriyyə kursu, Bakı-2012. 1,0 ç.v.
10. Bazarların Tənzimlənməsinin diskret institusional alternativi. İnstitusional iqtisadiyyat. Bakı-2013. 1,5 ç. Bakı-2013. 1,5 ç.v.
11. Mikroiqtisadiyyat. Proqram, Bakı, 1998.
12.İqtisad elminin yaradıcılıq metodologiyası. Proqram, Bakı, 1998.
13.Azərbaycan iqtisadiyyatı. Proqram, Bakı,2000.
14. İqtisad elminin tarixi və metodologiyası. Proqram, Bakı,2000.
15. Микроэкономика. программа, Баку, 1998.
16. Mikroiqtitisadiyyat çalışmalar, qrafiklər, məsələlər /metodik vəsaiti/ Yusifov O.Y. və birgə müəlliflər. Bakı, 2022
Əmək təcrübəsi
1974 - 2000
Azərbaycan Dövlət İqtisad Universiteti - baş lobarant, baş müəllim, dosent
2005-2015
Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsi - dekan müavini
2015 -h/z
Azərbaycan Dövlət İqtisad Universiteti -dosent
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir