Təhsili
1988-ci ildə orta məktəbi bitirmişdir.
1988-1993 illərdə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində ali təhsil almışdır.
Tədqiqatlar və nəşrlər
Elmi-pedaqoji fəaliyyət dövründə 46,1 c.v. həcmində 50 adda məqalə, dərs vəsaiti və proqram nəşr etdirmişdir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Əmək təcrübəsi
1993-2003
İixtisası üzrə müxtəlif müəssisə və şirkətlərdə çalışmışdır.
2003
Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasında dissertant təyin edilmişdir.
2003-2017
“Statistika” kafedrasında müəllim vəzifəsində işləyib.
2017
UNEC-in “Tətbiqi İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Əlavə məlumat
2008-ci ildə 08.00.12 –“Mühasibat uçotu, statistika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.