Təhsili
1994-1999-cu illərdə “Naxçıvan” universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasını bitirib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəçiliyi” ixtisasını bitirib.
Tədqiqatlar və nəşrlər
Əmək təcrübəsi
2000
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyində əmək müfəttişi vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2004-2007
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb (ixtisas dərəcəsi: 3-cü dərəcəli dövlət qulluqçusu).
2007-2014
Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrlar ixtisasının artırılması” fakültəsinin istehsalat təcrübəsinin rəhbəri, “Dövlət idarəetməsi və Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və logistika” kafedrasının (0.5 ştat) baş müəllimi olub.
2014-2015
Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun köməkçisi vəzifəsində işləyib.
2015
Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Əlavə məlumat
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
29 aprel 2016-cı il tarixində “Büdcə prosesinin təkmilləşdirilməsinin nəzəri-metodoloji əsasları” mövzusunda dissertasiya işini müdafiə etmiş və AAK-ın 13 sentyabr 2017-ci il tarixli qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.