Ümumi məlumat
1949-cu il avqustun 1-də Bakı şəhərində anadan olub.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
1974-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb.
1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) “İqtisadi kibernetika” kafedrasının aspiranturasına daxil olub və 1981-ci ildə bitirib.
1983-cü ildə Azərbaycan EA-nın Kibernetika İnstitutunun İxtisaslaşmış Elmi Şurasında 08.00.13 – “İqtisadi-riyazi üsullar” ixtisasi üzrə “Müttəfiq respublikanın qeyri-istehsal sahələrinin inkişafının ekonometrik modeli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1981-1991 illərdə Dövlət Plan Komitəsinin nəzdində olan Hesablama Mərkəzində PHAS şöbəsinin müdiri vəzifəsində çalışıb.
1991-1995 illərdə Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda (sonradan İqtisadi İslahatlar Mərkəzi) şöbə müdiri vəzifəsində çalışıb.
1996-2005 illərdə Ali Diplomatiya Kollecində Hesablama mərkəzinni müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışib.
2006-2014 illərdə Milli Aviasiya Akademiyasında “Dünya iqtisadiyyatı” kafedrasının dosenti, “İqtisadiyyat və hüquq” fakültəsinin dekanı vəzifələrində çalışıb.
2014-cü ilin iyulundan UNEC “Qiyabi və Əlavə təhsil” mərkəzinin direktor müavinidir.
2014-2017 illərdə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının, 2017 ilin sentyabrından isə RİM-nin “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir.
70 məqalənin, 2 dərs vəsaitinin, 4 monoqrafiyanın müəllifidir.
“İqtisadiyyatın canlanması üçün yeni bazarlar: Azərbaycan” mövzusunda Nobel mükafatı laureatı Finn E.Kidlendin rəhbərliyi altında İspaniya Kral Akademiyasının layihəsində iştirak edib (2011 il).
Barselona Biznes və Sosial elmlər Məktəbinin xarici professorudur.
UNEC-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın “Ümimi iqtisadiyyat” bölməsinin və AAK-a təqdim olunacaq sənədlərin ekspertizası üzrə komissiyanın üzvüdür.
Təhsili
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) “İqtisadi kibernetika” kafedrasının aspiranturasına daxil olub və 1981-ci ildə bitirib.
Əmək təcrübəsi
1974-1981
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb.
1981-1991
Dövlət Plan Komitəsinin nəzdində olan Hesablama Mərkəzində PHAS şöbəsinin müdiri vəzifəsində çalışıb.
1991-1995
Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda (sonradan İqtisadi İslahatlar Mərkəzi) şöbə müdiri vəzifəsində çalışıb.
1996-2005
Ali Diplomatiya Kollecində Hesablama mərkəzinni müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışib.
2006-2014
Milli Aviasiya Akademiyasında “Dünya iqtisadiyyatı” kafedrasının dosenti, “İqtisadiyyat və hüquq” fakültəsinin dekanı vəzifələrində çalışıb.
2014
“Distant, Qiyabi və Əlavə təhsil” mərkəzinin direktor müavinidir.
2017
“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının, 2017 ilin sentyabrından isə RİM-nin “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir.
Əlavə məlumat
“İqtisadiyyatın canlanması üçün yeni bazarlar: Azərbaycan” mövzusunda Nobel mükafatı laureatı Finn E.Kidlendin rəhbərliyi altında İspaniya Kral Akademiyasının layihəsində iştirak edib (2011 il).
Barselona Biznes və Sosial elmlər Məktəbinin xarici professorudur.
UNEC-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın “Ümimi iqtisadiyyat” bölməsinin rəhbəri və AAK-a təqdim olunacaq sənədlərin ekspertizası üzrə komissiyanın üzvüdür.