1967-ci il noyabr ayının 20-də Naxçıvan rayonunda anadan olub, azərbaycanlı.
1985-ci ildə Babək rayonu Qaraqala kənd orta məktəbini bitirib.
1985-1986-ci illərdə Naxçıvan SSMR Babək rayon Orcenikidze ad. sovxozda fəhlə işləmiş.
1986-1988-ci illərdə SSRİ hərbi sıralarında qulluq edib.
1988-1994-cü illərdə M.V.Frunze ad. İvanovo Dövlət Toxuculuq İnstitutunun “İqtisadiyyat və idarəetmə” fakültəsində təhsil alaraq “Toxuculuq və yüngül sənayenin iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə iqtisadçı mühəndis peşəsinə yiyələnmişdir.
1994-1997-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasının “Aspirantura və doktarantura” şöbəsində əyani təhsil almış və 1999-cu il fevralın 26-da iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün “İdarəetmə qərarlarının hazırlanmasının təşkilati-metodoloji təminatı” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
1993-1998-ci illərdə “Brays” MMC-də menecer vəzifəsində çalışıb.
1998-1999-cu illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasında informasiya-iqtisadiyyat mərkəzininin II kateqoriya mühəndisi vəzifəsində çalışıb.
1999-2000-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasının “Menecment” kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumiqtisad” kafedrasında baş müəllim və 2005-ci illərdə həmin universitetin “Müəssisənin iqtisadiyyatı” kafedrasında, hal- hazırda isə “İqtisadiyyat” kafedrasında tam ştat dosent vəzifəsində çalışır.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” fakültə Elmi Şurasınıln katibi olmuş.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiyadan keçirilərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2014-cü il Çin Xalq Respublikasının Pekin şəhərində “Azərbaycanda texnoparkların yaradılması” mövzusunda təşkil olunmuş elmi-praktiki seminar-təlimdə iştirak etmiş.
Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayevin F-519 saylı 25. 11. 2020-ci il tarixli əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə görə, yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində tədrisin keyfiyyətinin artırılması məqsədilə yaradılmış “Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi” mərkəzinin fəaliyyətində yaxından iştirak edərək “Keyfiyyət elçiləri”ndən biri olaraq fəaliyyət göstərmişdir.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn dərslərin başlanması və imtahanların onlayn formada təşkili ilə əlaqədar yaradılmış “Proktorluq” qrupunun üzvü olaraq proktorluq fəaliyyəti göstərmiş.
UNEC-in “Quba tədris, idman və istirahət kompleksi”ndə təşkil olunan təlimlərdə iştirak etmişdir.
Ailəlidir, üç övladı var.