Təhsili
1957-ci ildə Bakı şəhər 190 saylı orta məktəbə daxil olmuş və 1967-ci ildə həmin məktəbi bitirmişdir.
1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində təhsil almışdır.
1971-ci ildə həmin institutu bitirdikdən sonra aspiranturanın əyani şöbəsinə (istehsalatdan ayrılmaqla) qəbul olunmuşdur.
Tədqiqatlar və nəşrlər
İqtisadiyyatın müasir problemlərinə həsr olunmuş 50-dən artıq elmi məqalənin (o cümlədən xarici ölkələrdə nəşr edilmiş məqalələrin), 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 6 tədris üzrə kurs proqramının, eyni zamanda 2 dərsliyin müştərək müəllifidir.
Əmək təcrübəsi
1995
«Menecment» kafedrasının dosentidir.
1991
«Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin kafedrada baş müəllim vəzifələrində işləmişdir.
1991
«Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin kafedrada baş müəllim vəzifələrində işləmişdir.
1988
«İqtisadiyyatın idarə edilməsi» kafedrası təşkil edildiyi vaxtdan müəllim işləyib
1975-1988
«Əməyin iqtisadiyyatı və təşkili» kafedrasında, müxtəlif illərdə baş laborant, aspirant, saathesabı müəllim və müəllim vəzifələrində, işləmişdir.
2014-
UNEC-in Tələbələrlə iş üzrə prorektoru təyin edilmişdir.
Əlavə məlumat
Azərbaycan müəllimlərinin XII qurultayının və Azərbaycan qadınlarının II qurultayının mandatlı nümayəndəsi olmuşdu.
1990-cu ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ixtisasartırma kursunu bitirmiş, 1999-cu ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması İnstitutunda kurs keçmişdir. Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin təşkil etdiyi Humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası Proyektinin qısa müddətli treninqində iştirak edərək «İqtisadi nəzəriyyədə gender aspekti» kursu üzrə sertifikat almışdır.