Ümumi məlumat
D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı,
1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır.
1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.
16.09.2017-ci il tarixindən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb.
16.09.2019-ci il tarixindən “Tətbiqi İqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır.
2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.
Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş 190 ç.v. həcmində 102 elmi əsərin, o cümlədən, 2 dərsliyin, 5 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 20 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science, Skopus və РИНЦ bazalarında.
İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə təşəkkürnamələr alıb. 2016 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir. Bir övladı var.
Təhsili
D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Tədqiqatlar və nəşrlər
Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş 170 ç.v. həcmində 90 elmi əsərin, o cümlədən, 2 dərsliyin, 4 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 17 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science, Skopus və РИНЦ bazalarında. UNEC-də tədbiq olunan “Differensial Əmək Haqqı” sistemində hər il reytinq cədvəlində ilk 100-lüyə daxil olub.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Əmək təcrübəsi
1993-1995
Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır.
1995-2004
Müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi işləmişdir.
2004-2017
“İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.
2017
UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb.
2019
“İqtisadiyyat” (rus dilində) kafedrasının (hazırda “Tətbiqi iqtisadiyyat adlanır) “müdiri vəzifəsində çalışır.
2012-2016
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.
Əlavə məlumat
2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.