Ümumi məlumat
1983-cü il aprel ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin “Marketinq” ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-cu ildən İqtisad Universitetinin (UNEC) “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim işləyib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında tədris aparmaq üçün təşkil olunmuş müsabiqədən keçmiş və tədris aparmaqdadır. Hzırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.
2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş “İSO 9001-2008. Keyfiyyəti idarəetmə sistemi. Daxili audit” təlimi üzrə kursu uğurla bitirərək TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.
2013-cü ilin dekabr ayında UNEC-də fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuş, minimum imtahanlarını uğurla vermiş və tədqiqat işi üzərində çalışmaqdadır.
2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilmiş məqalə müsabiqəsində iştirak etmiş və ikinci yeri qazanmışdır.
2015-ci ildə Texnologiya Transfer Mərkəzi tərəfindən təşkil olunmuş “İxtiraçılığın əsasları və patentləşdirmə” mövzusunda keçirilən kursda iştirak etmişdir.
2016-cı ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” ictimai birliyinin təşkil etdiyi təlimlərə qatılaraq tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı istiqamətində biliklərə yiyələnmişdir.
Həmin ilin sentyabr ayında AR Təhsil Nazirliyinin Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müsir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” təlimində uğurla iştirak etmişdir.
2017-ci ildən Tələbə Elmi Cəmiyyətinin “SS (Standartlaşdırma və Sertifikasiya) club” Tələbə Elmi Klubunun rəhbəridir.
2017-ci ildə yaranmış Gənc Müəllimlər Şurasının üzvüdür.
2018-ci ildə Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş “Global G.A.P. və Orqanik Kənd təsərrüfatı” üzrə seminarda iştirak etmişdir.
2019-cu ildə məqalələrindən biri SCOPUS platformasına daxil olan jurnalda dərc edilmişdir. Digər bir əsərinin dərc edildiyi toplu isə Web of Science (Clarivate Analytics) bazasında indeksləşdirilmişdir.
2022-ci ilin sentyabr ayından “Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır.
Özünüinkişaf istiqamətində çox sayda təlim, seminar, treninq və kurslara qatılaraq 40-dan çox sertifikat, diplom, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.
50-dən çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 4 tədris proqramı, 14-ü xaricdə, 7-si yerli jurnallarda olmaqla 21 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.
Ailəlidir, iki oğlu var.
Təhsili
1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin “Marketinq” ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tədqiqatlar və nəşrlər
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
50-dən çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 4 tədris proqramı, 14-ü xaricdə, 7-si yerli jurnallarda olmaqla 21 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.
Əmək təcrübəsi
2010
İqtisad Universitetinin (UNEC) “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim işləyib.
2017
Tələbə Elmi Cəmiyyətinin “SS (Standartlaşdırma və Sertifikasiya) club” Tələbə Elmi Klubunun rəhbəridir.
2022
“Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır.
İndi
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir