Ümumi məlumat
Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Memar İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və təşkili” fakültəsinə daxil olmuşdur.
Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İqtisad İnstitutuna elmi işçı vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1994-cü ildə “Azərbaycanın tikinti kompleksinə xidmət edən sənaye sahələrinin tarazlı inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət” kafedrasında müəllim, 2001-ci ildə baş müəllim, 2002-ci ildən hazırki dövrə qədər “İctimai idarəetmə və sosial innovasiyalar’’ kafedrasının dosenti vəzifəsində çalışır. 2000-2004-cü illərdə “İqtisadiyyatın tənzimlənməsi” fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 2004-cü ildə ADİU-da “Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş” üzrə şöbənin müdiri vəzifəsində işləmişdir. 2004-2009-cu illərdə yenidən “İqtisadiyyatın tənzimlənməsi’’ fakültəsinin dekan müavini vəzifəsində çalışmışıdr. 2014-cü ildən bu günə qədər UNEC-in “Qiyabi, Əlavə Təhsil Mərkəzi”-də direktor müavini vəzifəsində işləyir. Qiymətin əmələ gəlməsinə aid 5 dərsliyin, 4 dərs vəsaitinin, 3 metodik vəsaitlərin, 20-dən artıq fənn proqramlarının, 90-dan çox elmi məqalələrin, 3 monoqrafiyanın müəllifidir’’. İqtisadiyyatın investisiya potensialından effektiv istifadə problemləri’’ adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP veteranıdır. 2004-cü ildən ADİU-nin Qadınlar Şurasının sədridir. 2014-cü ildən 2021-ci ilədək YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır. 2005-ci ildən “Gender və İqtisadiyyat” ictimai birliyinin sədridir. 2000-ci ildən respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı keçirilən bir çox elmi-nəzəri konfransların və seminarların təşkilatçısı olmuşdur.
2007-ci ildə sədri olduğu “Gender və İqtisadiyyat” İctimai Birliyində göstərdikləri xeyriyyəçilik və sülhməramlılıq fəaliyyətinə görə Rusiya Federasiyasının Beynəlxalq Sülh Fondunun qızıl medalı ilə təltif edilmişdir. Fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının, Elm və Təhsil Nazirliyinin və digər dövlət qurumlarının bir çox fəxri fərmanlarına və təltiflərinə layiq görülmüşdür.
2013-cü ildə Prezident seçkilərində YAP-dan Qarabağda, Füzulidə səlahiyyətli nümayəndə, 2014-cü ildə Oğuz rayonunda məsul şəxs olaraq, YAP gənclərinin ənənəvi “Yay məktəbi”-nin rəhbəri, 2017-ci ildə respublikada keçirilən bələdiyyə seçkilərində YAP-dan cənub bölgəsində məsul şəxs olaraq fəaliyyət göstərmişdir.
Ailəlidir. Üç övladı var.
Təhsili
190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Memar İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və təşkili” fakültəsinə daxil olmuşdur.
1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur.
Tədqiqatlar və nəşrlər
Qiymətin əmələ gəlməsinə aid 5 dərsliyin, 4 dərs vəsaitinin, 3 metodik vəsaitlərin, 20-dən artıq fənn proqramlarının, 90-dan çox elmi məqalələrin, 3 monoqrafiyanın müəllifidir’’.
Əmək təcrübəsi
Əlavə məlumat