Təhsili
1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universitetini) bitirib.
1981-1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olub,
1987-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Tədqiqatlar və nəşrlər
00-ə yaxın elmi və tədris-metodiki əsərin müəllifidir. Rusiyada (Moskva), Türkiyədə (İstanbul), Yunanıstanda (Afina) və Almaniyada elmi əsərləri çap olunub.
Əmək təcrübəsi
1979
Təyinatla o vaxtkı Ermənistan SSR Krasnoselo rayonunun Toxluca kənd orta məktəbinə riyaziyyat müəllimi göndərilib.
1989-
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövət İqtisad Universiteti) “Fəlsəfə” kafedrasında müəllim işləyib.
2009-
“Fəlsəfə” (hazırda “Humanitar fənlər”) kafedrasının professorudur.
2007-2016
həmin kafedranın müdiri vəzifəsində çalışıb.
İndi
"Humanitar fənlər" kafedrasının dosentidir.
Əlavə məlumat
XXI, XXIII Ümumdünya Fəlsəfə Kongreslərinin və IV Rusiya Fəlsəfə Kongresinin iştirakçısı olub. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, Sosoilogiya, Psixologoya, Pedaqogika və Dinşünaslıq üzrə ekspert şurasının üzvüdür.