Ümumi məlumat
28 avqust 1987-ci ildə Saatlı rayonunda anadan olmuşdur.
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi İqtisadiyyat” fakültəsi “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə diplomu) almışdır.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 5308.01 Ümumi iqtisadiyyat ixtisası üzrə dissertantdır. Dissertasiya işini tamamlamış və müdafiə ərəfəsindədir.
2014-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır.
2015-ci ilin fevral ayından tam ştatlı müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi vəzifəsinə keçirilib.
Yerli və beynəlxalq elmi jurnallarda biri Scopus bazasında olmaqla 20-dən çox tezis və məqalələri çapdan çıxmışdır. 2019-cu ildə Web of Science (Thomson Reuters) bazasına daxil olan jurnalda məqaləsi çap olunmuşdur.
2016-cı ildən etibarən “İqtisadiyyatın tənzimlənməsi” kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir.
2017-ci ildən etibarən UNEC Tələbə Elmi Cəmiyyətinin İqtisadiyyat fakültəsi üzrə “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının tərkibində yaradılan “İqtisadçı” Tələbə Elmi Klubunun (dərnəyinin) rəhbəridir.
2018-2019-cu ildən hal-hazıradək “İqtisadiyyat və idarəetmə” fakültəsinin baş mentorudur. Bu fəaliyyət istiqamətində təcrübənin öyrənilməsi məqsədilə 2019-cu ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində Qazi, Hacı Bayram Vəli, Hacattəpə universitetlərində ezamiyyətdə olmuşdur.
Universitetin bütün fakültələri üzrə keçirilən “Bir Müəllim – Bir Tələbə” intellektual debat layihəsinin, “Zəif Bənd” intellektual yarışının ideya müəllifi, layihə rəhbəri və təşkilatçısıdır.
Nailiyyətləri:
9 may 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Sənaye ili” ilə bağlı keçirilmiş məqalə müsabiqəsində magistrlar arasında II yeri tutaraq diploma layiq görülmüşdür.
16 may 2014-cü ildə Sumqayıt Dövlət Universitetində təşkil olunmuş Magistrantların XIV Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və fəxri diplomla təltif olunmuşdur.
7-8 aprel 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür.
13 noyabr 2015-ci ildə UNEC “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan “Elm Günləri” çərçivəsində gənc tədqiqatçı, magistrant və tələbələrin elmi məqalə müsabiqəsində “İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası; Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri” mövzusu ilə gənc tədqiqatçılar arasında I yerə layiq görülmüşdür.
22 noyabr 2016-cı il UNEC “Elm aylığı” müsabiqəsində III yerə layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.
Təhsili
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi İqtisadiyyat” fakültəsi “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili almışdır.
2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə diplomu) almışdır.
Tədqiqatlar və nəşrlər
Elmi əsərlərin siyahısı
1. “MÜASİR DÖVRDƏ İNNOVATİV İNKİŞAF MODELİNƏ KEÇİDİ ŞƏRTLƏNDİRƏN OBYEKTİV AMİLLƏR” Tezis Azərbaycan Dövlət İqtisad Universiteti Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının Materialları aprel 2015 3 vərəq Səh 273- 275
2. “İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ DÖVLƏTİN FİSKAL SİYASƏTİN ROLU” Tezis Qafqaz Universiteti “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nın materialları kitabı, aprel 2015 aprel 2015 4 vərəq
3. “İNNOVASİYA İNFRASTRUKTURUNUN GENİŞLƏNDİRİLMƏSİ” Tezis Bakı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, AMEA Elmi İnnovasiyalar Mərkəzi “Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi -praktiki konfransı”ın materialları kitabı may 2015 4 vərəq 342- 345
4. «НАУЧНЫЕ ИССЛЕДОВАНИЯ И РАЗРАБОТКИ В ПРЕДЕЛАХ ХОЗЯЙСТВЕННЫХ СУБЪЕКТОВ КАК ОСНОВА ИННОВАЦИИ» Məqalə Rusiya AAK tərəfind ən tanınan «Экономика и предпринимательство» beyn əlxalq jurnalı, yanvar 2016 Cтр 5 999 - 1004
5. “İNNOVATİV İNKİŞAFIN REALLAŞDIRILMASINDA DÜNYA TƏCRÜBƏSİ” Tezis Az ərbaycan Dövl ət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, “İqtisadiyyatın davamlı inkişafı, problemlər, perspektivl ər” mövzusunda beyn əlxalq elmi konfransın materialları kitabı, aprel 2016 3 v ə r ə q S əh 66 -68
6. “QLOBALLAŞMA ŞƏRAİTİNDƏ ƏLVERİŞLİ İNVESTİSİYA MÜHİTİNİN YARADILMASI MEXANİZMİ ” Məqalə “Odlar Yurdu Universitetinin elmi v ə pedaqoji xəbərlər” jurnalının 44 nömrəli sayı, İyun 2016 6 v ə r ə q S əh 66 -71
7.“AZƏRBAYCANDA MÜASİR VƏZİYYƏT VƏ NEFTSİZ İQTİSADİ İNKİŞAFIN FORMALAŞDIRILMASI ZƏRURƏTİ” Tezis Az ərbaycan Tibb Universiteti, “Akademik Aqil Əliyevin 90 illik yubileyi”n ə həsr olunmuş elmi - praktiki konfransın elmi materialları kitabı, Dekabr 2016 3 v ə r ə q S əh 126 – 128
8. “AZƏRBAYCANIN QEYRİ - NEFT SEKTORUNDA İNNOVASİYA FƏALİYYƏTİNİN GENİŞLƏNDİRİLMƏSİ” Tezis Az ərbaycan Texniki Universiteti, “Akademik Ş.Səmədzadənin yubileyi”n ə həsr olunmuş elmi - praktiki konfransın materialları kitabı,dekabr 2016 3 v ə r ə q S əh 64 -66
9. “ALİ TƏHSİLİN İQTİSADİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASININ TƏKMİLLƏŞDİRİLMƏSİ” Tezis Bakı Müh əndislik Universiteti konfrans Materialları kitabı, aprel 2017
10. “ОСНОВНЫЕ СЕКТОРА ЭКОНОМИКИ И ВОЗМОЖНОСТИ ФОРМИРОВАНИЯ НАЦИОНАЛЬНОЙ ИННОВАЦИОННОЙ СИСТЕМЫ Tezis Украйна, Черкаси, ЧДТУ, І Міжнародна науково -практична конференція з економічної теорії «Наукові засади розвитку знань економічної теорії» aprel 2017 S ə h 135 - 138
11. “MİKROİQTİSADİ İNNOVATİV İNKİŞAFIN DÜNYA TƏCRÜBƏSİ VƏ ONUN AZƏRBAYCAN ŞƏRAİTİNƏ UYĞUNLAŞDIRILMASI İMKANLARI” Tezis Azərbaycan Universitetində keçirilmiş konfransın materialları kitabı, sentyabr 2017
12. “AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİLİK GÖSTƏRİCİLƏRİ” Tezis Sumqayıt Dövl ət Universitetində keçirilmiş konfransın materiallarına aid kitab, oktyabr 2017
13. “AZƏRBAYCANDA MİLLİ İQTİSADİ TƏHLÜKƏSİZLİYİN ƏSASLARI” Tezis Sumqayıt Dövlət Universitetində keçirilmiş konfransın materiallarına aid kitab, aprel 2018.
14. “AZERBAIJAN AS A TRANSIT COUNTRY FOR CHINESE -EUROPEAN TRADE” Tezis Bakı Müh əndislik Universiteti konfrans materialları kitabı, oktyabr 2018
15. “AZƏRBAYCANDA İNNOVATİV SAHİBKARLIĞIN İNKİŞAFI VƏ MÖVCUD PROBLEMLƏR” Tezis Azərbaycan Milli Elmlər Akademiyası konfrans materialları kitabı, oktyabr 2018
16. “AZƏRBAYCAN İQTİSADİYYATININ İNNOVATİV İNKİŞAFI VƏ MÖVCUD PROBLEMLƏR” Tezis Azərbaycan Universiteti, konfrans materialları kitabı, oktyabr 2018
17. AZƏRBAYCANDA İNNOVATİV İNKİŞAFIN MÖVCUD PROBLEMLƏRİ” Tezis APU, konfrans materialları, noyabr 2018
18. AZERBAIJAN AS A TRANSIT COUNTRY FOR CHINESE-EUROPEAN TRADE Məqalə INTERNATIONAL TRADE eJOURNAL Vol. 11, No. 3: dekabr 2019. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3293295
19 KNOWLEDGE-BASED ECONOMIC ACTIVITY AND SOCIO-ECONOMIC DEVELOPMENT Tezis 37th International Scientific Conference on Economic and Social Development (Book of Proceedings), Baku 14- 15 February, 2019 pgs 9 1534- 1543 WSO https://www.esd-conference.com/past-conferences
20. IMPROVEMENT OF THE FISCAL MECHANISM OF INNOVATIVE ECONOMIC DEVELOPMENT Tezis 55th International Scientific Conference on Economic and Social Development (Book of Proceedings), Baku 18- 19 June, 2020 pgs 7 622- 629 https://scholar.google.com/scholar?oi=bibs&cluster=4842592669757370591&btnI=1&hl=ru
21. İNNOVATİV İNKİŞAFIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN PRİORİTETLƏRi Tezis Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda Azərb Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunmuş Respublika Elmi Praktiki konfransının materialları 13 iyul 2020 6 vərəq
22. AZƏRBAYCANDA İNNOVATİV İNKİŞAFDA VERGİ GÜZƏŞTLƏRİNİN ROLU Tezis Azərbaycan Universiteti Gənc tədqiqatçıların IV respublika elmi-praktik konfransının materialları Mart 2021 Səh 207- 210
23. AZƏRBAYCANDA İNNOVASİYA YÖNÜMLÜ FƏALİYYƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ Məqalə Azərbaycan Dillər Universitetinin “İqtisadi araşdırmalar” jurnalı May 2021 V nəşr 11 vərəq Səh 54-62
24. AZƏRBAYCANDA İNNOVASİYA YÖNÜMLÜ İNKİŞAFIN FİSKAL MEXANİZMİNDƏN İSTİFADƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Məqalə Azərbaycan Dövlət İqtisad Universiteti “Elmi Xəbərlər” jurnalı Mart 2021 IX nəşr Səh. 164-174 http://unec.edu.az/application/uploads/2015/03/UNEC2021-1.pdf
25. AZƏRBAYCANDA İNNOVASİYALI İNKİŞAF VƏ AQRAR SAHİBKARLIĞIN TƏKMİLLƏŞDİRİLMƏSİ Məqalə “Azərittifaq” Azərbaycan Koopearsiya Universitetinin Kooperasiya elmipraktik jurnalı Mart 2021 №1(60)- 2021 Səh. 119-127
26. İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN MALİYYƏ MEXANİZMLƏRİ Məqalə AMEA “İqtisadi artım və ictimai rifah” jurnalı İyul 2021 Nəşr 2 Səh.
27. AZƏRBAYCANDA İNNOVASİYALI İNKİŞAF VƏ İNNOVATİV SAHİBKARLIĞIN TƏKMİLLƏŞDİRİLMƏSİ Məqalə ARDSK “Statistik Xəbərlər” jurnalı Avqust 2021 Nəşr 3 6 vərəq Səh. 80-86 Zeynəb Qiyasova Həbibağa q.
28. AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN TƏŞVİQİNDƏ VERGİ SİYASƏTİNİN ROLU Məqalə Vergi jurnalı 2021 Nəşr 1 Səh. Zeynəb Qiyasova Həbibağa q.
Əmək təcrübəsi
2014-2023
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Saathesabı müəllim, Müəllim, Baş müəllim, Saathesabı müəllim, Dekan müavini (əvəz)
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir