Təhsili
1967-cı ildə Oktyabr rayonundakı C.Cabbarlı adına 161 №-li orta məktəbə daxil olmuş, 1977-ci ildə orta məktəbi kamal attestatı ilə bitirmişdir.
1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə Az.XTİ-nu bitirib, təyinatla SSRİ Dövlət Əmək Əmanət Kassaları Azərbaycan respublika Baş İdarəsinin sərəncamına göndərilmişdir.
Tədqiqatlar və nəşrlər
Əmək təcrübəsi
1984
Azərbaycan SSR DİN-nin İnşaat İdarəsinə işə qəbul olunmuşdur. Əvvəlcə böyük mühasib-müfəttiş, sonra isə əmək və əmək haqqının təşkili üzrə I dərəcəli mühəndis vəzifələrində işləmişdir.
1991
Istehsalatdan ayırlmaqla Azərbaycan Dövlət İqtisad İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
1994
Aspiranturanı bitirdikdən sonra, «Bank işi» kafedrasında müəllim vəzifəsində saxlanılmışdır.
1997
Dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1998
«Bank işi» kafedrasında baş müəllim işləmişdir.
2001
Dosent vəzifəsinə seçilmişdir. UNEC-in “Maliyyə və maliiyə institutları” kafedrasının dosentidir.
2004-2014
İqtisad Universitetinin Doktorantura şöbəsinin müdiri.
2014-2015
Maliyyə fakültəsinin dekanı vəzifələrində işləmişdir.
Əlavə məlumat
Məlumat daxilolma ərəfəsindədir