“UNEC-i tanı” layihəsinə yenidən start verildi!

29 Mart 2022
view257
 

uneci tani


“UNEC-i tanı” layihəsinə yenidən start verildi!


II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin I-V günləri saat 10:00-16:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət, 6), I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə hər həftənin çərşənbə və cümə, saat 10:00-16:00-dək UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov, 194) “Abituriyent məlumat mərkəzinə” yaxınlaşa bilərlər.


UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə təşkil olunan layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları, beynəlxalq proqramlar və. s barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi Facebook (https://www.facebook.com/unecedu) səhifəsi, eləcə də 012-492-60-43 nömrəsi ilə əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala biləcəklər.

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.

*

https://news.unec.edu.az/rubrika/10102-unec-i-tani/8579-unec-i-tani-layihesine-yeniden-start-verildi

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!