UNEC-in elmi fəaliyyətinin təkmilləşdirilməsi yolları müzakirə olunub

29 Mart 2022
view205
 
UNEC rektoru professor Ədalət Muradov kafedra müdirləri ilə görüşüb.

Görüşdə UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi, dünya universitetləri ilə bir sırada dayanması məqsədilə elmi fəaliyyətin təkmilləşdirilməsi yolları müzakirə olunub.

Rektor Ədalət Muradov UNEC-in elmi tədqiqat universitetinə çevrilməsi istiqamətində “UNEC-100” İnkişaf Strategiyasında qarşıya qoyulan məqsəd və hədəflərdən, həyata keçirilən tədbirlərdən və əldə olunan müsbət nəticələrdən söz açıb.

Sonra kafedra müdirləri elmi fəaliyyətin daha da artırılması ilə bağlı təkliflərlə çıxış ediblər. Çıxışlarda kafedraların elmi fəaliyyətində səmərəliliyin artırılması, elmi potensialın gücləndirilməsi, tədqiqatların və dissertasiya mövzularının ölkə iqtisadiyyatının və elmin aktual problemlərinə həsr olunması, beynəlxalq miqyaslı Beyin Mərkəzinin yaradılması, qrant layihələrin sayının artırılması, UNEC-in ən azı 3 elmi jurnalının beynəlxalq bazalarda indeksləşməsi, magistrant və doktorantların universitetdəki elmi-tədqiqatlara cəlb edilməsi və digər istiqamətdə təkliflər səsləndirilib.

*

https://news.unec.edu.az/xeber/100-elm/8580-unec-in-elmi-fealiyyetinin-tekmilleshdirilmesi-yollari-muzakire-olunub

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!