ADA Universitetinin X Bakı Yay Enerji Məktəbi

28 Mart 2016
view

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR-in dəstəyi ilə iyulun 10-22-dək X Bakı Yay Enerji Məktəbini təşkil edəcək. Keçiriləcək iki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakcılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olacaqlar. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər naziri ilə yanaşı, "TAP", "BP", "ExxonMobil", "Total", "Statoil", "PETRONAS" və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri iştirak edəcəklər. Yay məktəbində Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyasi va s. kimi dünya şöhrətli elm mərkəzlərinin görkəmli mütəxəssisləri ilə dərs deyəcək.


Müraciət üçün bu linkə daxil olabilərsiniz : http://ccee.ada.edu.az/

Müraciət üçün son Tarix : 1 May 2016-cı il

Əlaqələndirici şəxs: Rahilə Həsənova– lahiyə meneceri - [email protected]

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!