ERASMUS+ mübadilə proqramı çərçivəsində Polşada təhsil almaq imkanı

28 Mart 2016
view
Erasmus+ mübadilə proqramı vasitəsi ilə UNEC-in bir magistr tələbəsi Polşanın Lodz Universitetində payız semestri üçün mübadilədə iştirak etmək hüququ qazana bilərlər.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. İqtisadiyyat və Biznesin ixtisasları üzrə I kurs magistr tələbələri
2. minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində)
3. İngilis dilində əla qavrama, yazı və danışıq qabiliyyəti.

Tələb olunan sənədlər:

  1. Müraciət Forması (.doc and .pdf formatında)

  2. Təhsil müqaviləsi

  3. Transkript (ÜOMG göstərilməklə)

  4. Motivasiya məktubu

  5. Təhsil haqqında arayış (dekanatlıqdan)

  6. İngilis dili biliyini təsdiq edən sənəd və ya seritifikat

  7. Bakalavr diplomunun və diploma əlavənin sürəti

  8. Xarici Pasportun surəti

  9. 3×4 şəkil – 2 ədəd


 

Seçim mərhələsi iki pillədən təşkil olunacaq:

1 ci mərhələdə UNEC-in müsahibə komissiyası tərəfindən ilk 10 namizəd seçiləcək (aprelin 18-ə kimi)

2-ci mərhələdə skype musahibəsindən sonra  Lodz Universiteti Erasmus təqaüdü qazanacaq tələbəninadını açıqlayacaq (aprelin 30-a kimi)

 

Müraciət müddəti:

Müraciət üçün son tarix: 6 aprel 2016-ci il.

Sənədləri təqdim etmək və proqram haqqında ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr departamentinə  (Aysel Musayeva və Afət Ələkbərova, 115-ci otaq, əsas tədris binası) müraciət etmək lazımdır.

Lodz Universitetinin Erasmus+ proqramı haqqında ingilis dilində məlumat

Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti
Telefon: +994 12 492 60 45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!