Almaniya Bundestaqı Berlin şəhəri Müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri Texniki universiteti ilə birlikdə sizi Beynəlxalq parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş aylıq Berlin şəhərinə dəvət edir.
IPS (International Parlaments-Stipendium) proqramı yüksək ixtisaslı, siyasətə maraq göstərən gənclər üçün nəzərdə tutulub.
Almaniyanın parlamenti olan Almaniya Bundestaqı gənclərə Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və parlament işi sahəsində praktiki təcrübəyə malik olmaq imkanı yaradır.
Təqaüdçülər Almaniya Bundestaqın müstəqil seçki komissiyası tərəfindən seçiləcəklər.
Seçilmə Şərtləri
- Azərbaycan vətəndaşlığı
- Bitirilmiş universitet təhsili
- Çox yaxşı alman dili bilikləri
- Alman siyasəti, cəmiyyəti və tarixi haqqında biliklər
- Təqaüd başlayan dövrdə 30 yaşdan gənc olmalı
Təqaüd
- Ayda 450 €
- Təqaüdçü qaldığı yerin pulunu ödəmir
- Sığorta və yol xərcləri
Ərizələrin qəbulu üçün sonuncu gün: 30 iyun 2015-ci il
Proqrama müraciət və ətraflı məlumat:
- Almaniya səfirliyi;
- Qeyd olunmuş internet ünvanı
Digər Məlumat
- Beynəlxalq Əlaqələr Departamenti tel.: (012) 492 60 45