Mövzu: Liderlik, kollektivin idarə olunması, bədən dili, natiqlik, danışıqların aparılması, rəsmi yazışmalar, planlama
Tarix : 20-21 İyun 2015
Məkan : Qusar rayonu
İnnovativ Biznes-İnkubator “Təlim Festivalı” adlı layihə çərçivəsindəki növbəti təlimi fərqli məkanda təqdim etməyi qərara aldı. Məhsuldar tədris ilindən və gərgin keçən imtahanlardan sonra düşünürük ki, hər birinizin dincəlməyə haqqı çatır. Biz növbəti təlimimizi Azərbaycanın füsunkar təbiətli regionlarından biri olan Qusar rayonuna planlaşdırmışıq. Bu dəfəki təlimimiz festival müddətində sorğu vərəqlərində qeyd etdiyiniz mövzuları əhatə edəcək. Təlimçimiz Tofiq Sadıxov sizə idarəçiliklə bağlı olan bir çox vacib məqamları öyrədəcək. Siz “İdarəçilik Məktəbi”ndə iştirak etməklə liderlik, kollektivin idarə olunması, bədən dili, natiqlik, danışıqların aparılması, rəsmi yazışmalar, planlama və s. mövzular haqqında bilik əldə edəcəksiniz.
Festival çərçivəsində keçirilən bütün təlimlər kimi bu təlimimiz də ödənişsizdir. “İdarəçilik Məktəbi”nə seçilən gənclər yalnız nəqliyyat və Qusar rayonunda (Qayı Bulaq istirahət mərkəzi) 2 gün (1 gecə) qalmaq və qida (hər gün 3 dəfə olmaqla) xərcləri ilə birlikdə cəmi 69 AZN ödəyəcəklər. Təlim-istirahət proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
“İdarəçilik Məktəbi”nin əsas məqsədi onların gələcək iş və ailə həyatlarında daha uğurlu olmaları üçün müəyyən mövzularda bilik və bacarıqlar əldə etmələri, eyni zamanda festival iştirakçılarının bir-birləri ilə daha yaxından tanış olmaları, öz aralarında dostluq əlaqələrini genişləndirmələri və gələcək layihələri müzakirə etmələridir.
Peşəkar təlimçi və təşkilatçı komandamız “İdarəçilik Məktəbi” müddətində iştirakçılarla sıx ünsiyyətdə olub onların bu təlimlərdən maksimum faydalanması üçün çalışacaqlar. Təlimlər qapalı və açıq (meşədə) keçiriləcək.Təlimdə iştirakla bağlı hər kəs sertifikat əldə edəcək Təlimlərdən sonra axşam saatlarında asudə vaxtın səmərəli təşkili üçün müxtəlif idman və intelektual yarışların(oyunlar,diskoteka,professional fotosessiya) təşkili nəzərdə tutulub. İştirakçılar onlar üçün xüsusi ayrılmış kateclərdə (kateclər geniş və rahatdır.İçərisində hamamı,ayaqyolusu,televizoru və s. var) hər birində 4 nəfər olmaqla yerləşdiriləcəklər, gün ərzində 3 dəfə yeməklə təmin olunacaqlar.
Düşərgənin hədəf auditoriyasını özünü inkişaf etdirmək istəyən, yeni biliklər öyrənmək istəyən bütün gənclərdir. Düşərgə Qusar rayonunda yerləşən təlim və istirahət mərkəzində baş tutacaq. Düşərgəyə həm qrup halında,həm də individual olaraq qoşula bilərsiniz. Düşərgə müddətində siz komfortlu avtobusla təmin olunacaqsınız.
İştirak etmək istəyən hər kəs [email protected] ünvanına öz CV formasını göndərməklə müsahibədə iştirak etməli və seçildiyi halda layihədə iştirak haqqı qazanacaqdır.
QEYD:
CV yollayarkən mövzu hissəsinə layihənin adını və vaxtını (məs: ” İdarəçilik Məktəbi”, 20-21 iyun) qeyd etməlisiniz. Əks halda müraciətlərə baxılmayacaq.
İştirak üçün ailədən icazəni ADİU İnnovativ Biznes-İnkubator öz üzərinə götürə bilər.
Bizi seçdiyiniz üçün təşəkkürlər!
Əlavə məlumat üçün əlaqə vasitələri:
Az 1001, İstiqlaliyyət 6, ADİU, otaq 1
Tel/Fax: (+99412) 492 31 21
Mob: (+99450) 856 02 01
E-mail: [email protected]
Web: www.ibi.az
https://www.facebook.com/ibi.aseu.az
https://instagram.com/innovativ_biznes_inkubator