Aprelin 17-də UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçiriləcək.
UNEC rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edəcəklər.
Tədbirdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Görkəmli alimlərin həyatları barədə oçerklərin elmin populyarlaşdırılmasında rolu”, millət vəkili Etibar Əliyevin “Elmin populyarlaşdırılması Azərbaycanda elmin inkişaf amili kimi”, Almaniyanın Munhen Texniki Universitetinin professoru Məsud Əfəndiyevin “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzularında təqdimatları olacaq.
Millət vəkillərinin, ali təhsil müəssisələrinin rektorlarının, elm müəssisələrinin rəhbərlərinin iştirak edəcəyi tədbirdə Azərbaycan elminin populyarlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.