Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda Ümumrespublika olimpiadasının keçiriləcək.
Olimpiada seçim turu və yekun tur olmaqla, iki mərhələdən ibarətdir. Seçim turu test üsulu ilə ali təhsil müəssisələrində aprel-may aylarında keçiriləcək. Bu mərhələdə tələbələrə vergi sistemi və vergi qanunvericiliyi istiqamətləri üzrə test sualları təqdim ediləcək.
Seçim turunda hər ali təhsil müəssisəsi üzrə 50-dən yuxarı ən yüksək bal toplamış 5 tələbə yekun turda iştirak etmək hüququ qazanacaq. 50-dən yuxarı eyni bal toplamış tələbələr yekun turda iştirak edə biləcəklər. İlk 5 yerə düşməyən, lakin 50-dən yuxarı bal toplamış tələbələrə isə Təşkilat Komitəsinin qərarı ilə yekun turunda iştirak etmək hüququ veriləcək.
Olimpiadanın yekun turunun Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında 2023-cü ilin iyun ayının 2-4 tarixlərində keçirilməsi nəzərdə tutulur.
Olimpiadada ilk üç yeri qazanan tələbələr mükafatlandırılacaq və onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdim olunacaq.
Ümumrespublika olimpiadasının seçim turunda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.
Son qeydiyyat tarixi: 18 aprel, 2023-cü il