Bakı Ali Neft Məktəbində Layihələrin İdarəedilməsinin məktəbi fəaliyyətə başlamışdır
29 İyun 2017
Təlim proqramı 10 ay ərzində həftədə 3 və ya 4 gün keçirilir. hər bir modulun sonunda iştirakçılar imtahan verirlər və nəticədə modulu bitirmələri haqqında sertifikatla təltif olunurlar. Eyni zamanda SPM tədris proqramında iştirak beynəlxalq səviyyədə qəbul olunan iki sertifikatın alınması ilə nəticələnə bilər: Layihə İdarəetmə İnstitutunun PMP (peşəkar layihə meneceri) sertifikatı və Corc Vaşinqton Universitetinin Layihələrin İdarəedilməsi üzrə Magistr Sertifikatı.
May ayından başlayaraq BANM-ın dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə iki qrupdan ibarət olan ümumilikdə 52 mütəxəssisə təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcəkdir.
SPM proqramının 4-cü mərhələsinin maliyyə dəstəyi BP və onun tərəfdaşları tərəfindən həyata keçirilir. Belə ki təlimin tam qiyməti 9000 ABŞ dollarıdır, lakin BP Azərbaycan vətəndaşlarına 50% təqaüd elan etdiüi üçün azərbaycanlı iştirakçılar 4500 ABŞ dolları ödəməlidirlər.
Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz ən yüksək beynəlxalq standartlara uyğun təhsil almış, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün qabaqcıl sertifikatları olan istedadlı layihə rəhbərlərinin Azərbaycanda ehtiyatını yaratmaqdır. İnanırıq ki, bu məqsədə çatmaq üçün böyük irəliləyişlər əldə edəcəyik.