Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə sənəd qeydiyyatı

29 İyun 2017
view
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olunmuş (iqtisadiyyat və idarəetmə ixtisasları üzrə) bakalavrların sənədlərinin qeydiyyatı IV tədris binasında (Abbas Səhhət küçəsi, 45A) 29.06.2017-ci il tarixdən 10.07.2017-ci il tarixə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 1000 – 1700 – da konfrans zalında aparılacaqdır.

Qeydiyyat üçün lazım olan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti ( 2 ədəd)

  2. 3x4 şəkil (4 ədəd)

  3. Əvvəlki illərin məzunu olan tələbələrin bakalavr diplomunun və diplom əlavəsinin notariusda təsdiq olunmuş surəti.

  4. Cari ilin (2016/2017) məzunları üçün bitirdiyi fakültədən bakalavr pilləsini bitirməsi haqqında arayış.

  5. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti.

  6. Məcburi köçkün olan magistrantlar isə əlavə olaraq aşağıdakı sənədləri gətirməlidir:


- özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin surəti,

- yaşayış yerindən arayış,

- valideyinlərinin və özünün şəxsiyyət vəsiqəsinin surəti,

- rektorun adına ərizə.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!