Beynəlxalq Elm Simpoziumu (ISS)
04 İyul 2016
Simpoziumun rəsmi dili ingilis və türk dilidir. Məqalələr yazılı olaraq, 12 səhifə həcmində ingilis və türk dilində təqdim edilməlidir. Proqram üç hissədən ibarətdir: mühəndislik, səhiyyə və ictimai elmlər. Simpoziuma şifahi təqdim edilən işlər arasında, 15 kateqoriyada ən müvəffəqiyyətli olanlar simpozium təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq. Qiymətləndirmə prosesi başa çatdıqdan sonra isə məqalələr növbəti aylarda (oktyabr, yanvar, aprel və ya iyul aylarında) nəşr olunacaq.
Simpoziumun keçirilmə tarixi: 1-4 sentyabr 2016-cı il.
Əlavə məlumatı http://issnwsa.com/ linkindən əldə edə bilərsiniz.