Latviyada təqaüdlü təhsil almaq imkanı

04 İyul 2016
view
Riqa Texniki Universitetinin Riga Biznes Məktəbi (RBS) Azərbaycan Respublikasından 2 nəfər bakalavr və ya magistr pilləsində təhsil alan tələbəni 2016/2017 tədris ili üçün 1 semestirlik  proqramda iştirak etməyə dəvət edir.

Proqramın iştirakçıları RBS tərəfindən nəqliyyat və yemək xərcləri istisna olmaqla təhsil haqqı və yaşayış xərcləri ilə təmin olunacaq. Proqramı uğurla başa vuran  tələbələr sertifikat və ECTS transkripti ilə təmin olunacaq.

Qəbul şərti:

  • namizədlər biznesin idarə edilməsi üzrə bakalavr və ya magistr pilləsində təhsil almalı;

  • ingilis dilində təhsil almalı və ya 550 TOEFL ITP, 79 TOEFL İBT, 6.5 IELTS sənəd təqdim etməlidi.


2017-ci ilin yaz  semestri üçün sənədlərin son qəbulu tarixi - 4 noyabr 2016-cı il

Proqram haqqında ətraflı məlumat əldə emək və proqrama müraciət etmək üçün: www.rbs.lv/bachelor/application-processwww.rbs.lv/professional-mba/admission-process/application-package linkindən istifadə

RBS

Qeyd: Riqa Texniki Universiteti Latviya Təhsil və Elm Nazirliyi tərəfindən 2001-ci ildə müddətsiz akkreditasiya olunub.

Əlaqə tel.: 492-60-45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!