BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konsepsiyası (UNFCCC) və BMT Universitetinin (UNU) Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu (EHS) tərəfindən təqaüd proqramı üçün ərizələrin qəbuluna başlanılmışdır (ehs.unu.edu/about/climate-fellowships/fellowship2019html#faq).
Namizədlər müvafiq sahə (iqlim dəyişiklikliyi, ətraf mühit və insan təhlükəsizliyi) üzrə magistratura, doktorantura səviyyəsini bitirmək ərəfəsində, yaxud yaxın dövrlərdə bitirmiş olmalı, maksimum 2 illik iş təcrübəsinə malik olmalıdır. Müddəti 1-2 il olan proqramda iştiraka maraqlı olan namizədlər müvafiq ərizə formasını, müşayət məktubunu, tərcümeyi-hal, universitet diplomlarının və onların əlavələrinin surətlərini PDF formatında [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Eyni zamanda onlayn ərizə forması (https://climate-fellowship-programme.questionpro.eu/) müvafiq qaydada doldurulmalıdır.
Ərizələrin qəbulu üçün son tarix 10.01.2020-ci ildir.
Seçilmiş gənclərə aylıq məvacib ödəniləcəkdir.