Fevralın 18-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) eksperti Tomas Metyu Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) muhazirə keçəcək. Mühazirə “Beynəlxalq Ticarət Sistemi – Tariflər və Ticarət üzrə baş sazişdən Ümumdünya Ticarət Təşkilatının Bali nazirlər konfransınadək” mövzusunda olacaq.
ADİU-nun professor-müəllim heyəti, tələbə, magistr və doktorantları mühazirəyə dəvət olunur.
Mühazirə saat 13:00-da ADİU-nun I tədris korpusunun (İstiqlaliyyət küçəsi, 6) kiçik iclas zalında (211 saylı otaq) keçiriləcək.