Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbələrin və magistrantların nəzərinə!
14-15 fevral 2015-ci il tarixlərində Rusiya Federasiyasının “Ali İqtisad Məktəbi“ Milli Tədqiqat Universiteti (Высшая Школа Экономики) təqaüdlü maqistratura proqramları üzrə olimpiada müsabiqəsini təşkil edəcək. Olimpiadanın qalibləri qəbul imtahanlarından azad olunmaqla ödənişsiz əsaslarla “Ali İqtisad Məktəbi“ Milli Tədqiqat Universitetinin magistraturasında təhsil almaq imkanı qazanır, aylıq təqaüd və yataqxana ilə təmin olunurlar.
Olimpiada da iştirak etmək üçün fevralın 9-dək http://olymp.hse.ru/ma saytında qeydiyyatdan keçmək lazımdır. Əlavə məlumat üçün ADİU-nin Beynəlxalq Əlaqələr Departamentinə müraciət edə bilərsiniz.